"Biz əvvəlki yolla irəliləsək, vətənimizi itirəcəyik" - Paşinyan

“Gedib beynəlxalq aləmə dedik ki, Qarabağ bizim tərkibimizdə öz müqəddəratını təyin etmək hüququna sahib olmalıdır, onlar isə bizə fərqli cavab verdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen və qonşu regionların erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Paşinyan son 30 ildir Ermənistanın səhv istiqamətdə yönəldildiyini bildirib:

“1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammiti keçirildi. Əslində bu sammitdə Qarabağ məsələsi ilə bağlı öz müqəddəratını təyinetmə termini dəyələndirilirdi. Sammitin sədri bizim müraciətimizə cavab olaraq Qarabağın sadəcə Azərbaycanın tərkibində muxtariyyət ala biləcəyini dedi. Gedib beynəlxalq aləmə dedik ki, Qarabağ bizim tərkibimizdə müstəqil olmalıdır,cavabında isə “öz müqəddəratını təyin etmə hüququnu biz veririk” dedilər. Yəni bu hüququn qanunvericisi açıqca bildirdi ki, əziz ermənilər, siz müstəqil ola bilərsiz, amma Azərbaycanın tərkibində”.

Paşinyan bildirib ki, əsas problem erməni xalqının həqiqətlə üzləşməməsidir:

“Bizim problemimiz bunu xalqa deməmək, reallıqla üzləşməməkdir. Düşünürük ki, hər prosesdən keçə, məqsədimizə çata biləcəyik. Amma elə olmur. Elə bilirdik ki, Azərbaycanla müharibə edirik, amma bütün beynəlxalq aləmlə mübarizə aparırmışıq. İndi onlar düşünürlər ki, mən satqınam, torpaq verən xarici agentəm. Lakin biz əvvəlki yolla irəliləsək, vətənimizi itirəcəyik. Bunu anlamaq lazımdır”.