Savaşın gedişatı dəyişir: "Bayraqdar"lar Ukraynaya veriləcək?

Fransa Yunanıstan və Kipr AB-nin Ukrayna üçün Türkiyyənin "Bayraqdar" pualarının alınmasına qarşı çıxıb
Məlumata görə, sözügedən ölkələr AB-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin iclasında Ukraynanın ehtiyacları üçün Türkiyədən “Bayraqdar” PUA-ları və artilleriya mərmilərinin satın alınması ilə bağlı qərara veto qoyub.

Bəs Ukraynaya "Bayraqdar" pualarının verilməsi Rusiya-Ukrayna müharibəsinə hansı təsirləri göstərə bilər?

Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, PUA-ların müasir savaş taktikasında tətbiq edilməsi vacib haldır:
" "Bayraqtar"-ların Ukraynaya verilməsi Rəsmi Kiyevin cəbhə bölgəsindəki problemlərinin nisbətən aradan qalxması ilə nəticələnəcək. Son zamanlarda Ukrayna NATO ölkələrindən kifayət qədər yardım ala bilmir və belə bir situasiyada "Bayraqdar"-ların Ukrayniyanın xeyrinə çox iş görə biləcəyini deyə bilərik."

Analitik PUA-ların Ukraynaya verilməsində Yunanıstan, Fransa və Kiprin tutduğu mövqeyə də öz münasibətini bildirib:
 "Əgər, söhbət Türkiyə və Ukraynadan gedirsə, bu məsələyə Fransa, Kipr, Yunanıstanın qarışa bilməz. Onların belə bir səlahiyyətləri yoxdur".

Maarif Məmmədli