Türk Dünyasının böyük mütəfəkkiri, həyatı milli mübarizələrdə keçən, türkçülüyə siyasi, elmi, sosioloji, fəlsəfi yön verən, cap etdirdiyi " Füyuzat " dərgisi ilə Turanın mənəvi xəritəsini cı zan Əli bəy Hüseynzadə Turanın 160 yaşı tamam olur.
Ə. Hüseynzadə 1864 - cü ilin fevralın 24 - də Salyanda anadan olub, 1940 - cı ildə ömrünü Türkiyədə başa vurub. Ə Hüseynzadə Turanı dərin təfəkkürə, milli qayələrə xidmət edən böyük şəxsiyyət, publisist , filosof kimi dəyərləndirən " Şərq " qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağı İçtimai Birliyinin sədri Akif Aşırlı deyib ki , on il önçə Hüseynzadənin 150 illiyi Prezident İlham Əliyevin sərənçamı ilə dövlət səviyyəsində qeyd olunub, müxtəlif simpoziumlar, elmi konfrans və tədbirlər keçirilib :
"Şərt deyil ki, ortada hər hansı göstəriş, sərəncam , tapşırıq olsun.Bu böyük mütəfəkkiri anmaq , onun çoxşaxəli fəaliyyətini araşdırmaq milli borç olmalıdır. Bu gün Türk Dövlətləri Təşkilatının və Azərbaycanın üçrəngli bayrağının ideyasının müəllifi, rəssamı Əli bəy Turandır."
A.Aşırlı bildirib ki, Əli bəy Turanın türkçülük irsi Tük Dövlətləri Təşkilatının, Türk İrsi və Mədəniyyəti Fondunun , Türksoyun, Türk Akademiyasının nəzəri- diqqətində olmalıdır.Təəssüf ki, bu qəbildən olan təşkilatlar nədənsə Əli bəy Turan irsinə həmişə biganə qalıb ."
A.Aşırlı bildirib ki, Ə.Turanın doğulduğu Salyanda " Ə.Turan adına Türkoloji mərkəz " in yaradılması daha uyğun olardı .