Ermənistan tarix boyu onu himayə edənlərə, arxa çıxanlara xəyanət etməklə tanınıb. Hətta onlara dövlət quran, daim himayə edən, qoruyan, yedizdirən, qayğılarını çəkən Rusiya da bu gün erməni xəyanətinin burulğanındadır. Öz “ağa”larını düşmən, dönük gözündə görən ermənilər ruslara qarşı ən çirkin əməllər törədir ki, bu da böyük xəyanətdir. Uzun zamandır ki, Nikol Paşinyan hakimiyyəti anti-Rusiya təbliğatını gücləndirməklə Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq, Qərbi regiona gətirmək siyasətini davam etdirməkdədir. Ermənistan onu bəsləyən Rusiyaya açıq-aydın xəyanət yolunu tutub və ruslara meydan oxumaqdadır. Hətta iş o yerə çatıb ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərarını da konstitusiyaya uyğun hesab etdi. Bununla Putinin Ermənistana səfərinin qarşısına sədd çəkildi. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımasının özü Rusiyaya ən böyük xəyanət idi. Bu, Vladimir Putinə ən böyük hörmətsizlik olmaqla, ruslara nifrət, etinadsızlıq və dönüklükdür. Görünür, Paşinyan Putini satmaqla kəskin nifrətini bir daha ifadə edib Qərbin etimadını qazanmaq fikrində olub. Lakin proses Paşinyanın istədiyi kimi getmədi. Ona görə də Ermənistan baş naziri Nikol Paşinyan özünün ən zəif durumunda Rusiya prezidenti Vladimir Putinlə eyni müzakirə masası arxasına keçərək, “hesabat vermək” məcburiyyətində qalıb. Əlbəttə Kreml sahibi, Qərbdən də dəstək ala bilməyən erməni baş nazirin bu zəif vəziyyətindən istifadə etməyəcək, yaxud Ermənistanın Rusiyaya bütün istiqamətlər üzrə xəyanətini unudacaq qədər sadəlövh siyasətçi deyil. ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək imkanlarını boşa vermiş kimi görünür. Hər halda, regional situasiya böyük sürətlə dəyişir. Üstəlik, bu dəyişiklik Qərb siyasi dairələrinin maraqlarına və hədəflərinə problem yarada biləcək məzmun daşıyır. Bu baxımdan, ABŞ və Qərbin Cənubi Qafqaza yönəlik geopolitik hesablamalarının yalnış olduğu artıq aydınlaşmağa başlayıb. Onu da qeyd etmək lazımdır ki, Ermənistan “geopolitik alət” funksiyalarını artıq icra etməkdə çətinlik çəkir. Rəsmi İrəvan ABŞ və Avropa Birliyindən verilən təlimatların yerinə yetirilməsində aciz duruma düşüb. Xüsusilə də, Paşinyan hakimiyyətinin uzun müddətdən bəri Rusiya ilə qarşıdurma siyasəti yürütməsi artıq öz real nəticələrini verməyə başlayıb və bu siyasətin ucbatından Ermənistan daxildən xaosa doğru sürüklənməkdədir. Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşıb. Qərbə yaxınlaşma siyasəti Ermənistan üçün əsl geopolitik iflas situasiyası yaradıb. Rəsmi İrəvan Kremlin strateji müttəfiqlik dəstəyini artıq itirib. Bunun əvəzindəsə, böyük ümidlər bəsləməsinə baxmayaraq, ABŞ və Qərbin təhlükəsizlik təminatını Ermənistanın arxasına almağa nail olmayıb. Bu səbəbdən də, indi Ermənistan yalnız vədlər verilən, hədəfə alınmış, sahibsiz geopolitik alətə çevrilib. Xüsusilə, Paşinyan hakimiyyəti indi ən ağır siyasi dövrlə qarşı-qarşıya qalıb. Çünki rəsmi İrəvan Rusiyaya açıq xəyanətin “mükafatı” olaraq, ABŞ və Qərbdən istədiyi dəstəyi ala bilməsə də, Paşinyan hakimiyyətinin bütün siyasi düşmənləri indi vahid mərkəzdə birləşmiş kimi görünürlər.
Ermənistan açıq şəkildə Qərbə də xəyanət edir. Rusiyaya sanksiyalı mallar satır. “The New York Times” qəzeti ABŞ-ın və Avropa İttifaqının yüksək vəzifəli vergi və ticarət rəsmilərinin bu il martın 24-də keçirilmiş görüşündə səslənmiş faktları açıqlayıb. Burada bir sıra maraqlı məqamlar var. Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunub. Diqqət yetirək, bu, dünyanın anti-Rusiya mövqe tutduğu bir vaxtda baş verir. Özü də söhbət Rusiyanın Ukraynaya atdığı raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərdən və digər elektron cihazlardan gedir. Daha doğrusu, onların kütləvi satışından. Balaca Ermənistanın o qədər avadanlıq nəyinə lazımdır? Sən demə, Ermənistan həmin məhsulların 97 faizini sonradan Rusiyaya ixrac edib. Yəni, Qərbpərəst olduğunu hər addımında bəyan edən ölkə Moskvanın düşdüyü hazırkı durumu özünə mənfəət yeri kimi görüb. Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən biridir.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın əvvəldən ikili oynadığını hər zaman demişik. Analitik bildirib ki, Paşinyan guya özünü Rusiyadan incimiş göstərməklə həm Qərbə, həm də Putinə qarşı hirsli olduğunu nümayiş etdirmək istəyir:
"Rusiyanı əlində saxlamaq üçün oyun oynayır. Avrasiya İqtisadi Birliyinin yubiley toplantısına getməklə Paşinyan göstərdi ki, onun məqsədi Ermənistanı ayaqda saxlamaq üçün maddi vasitə əldə etməkdir. Paşinyan siyasi oyunları iqtisadi gəlir əldə etmək üçün istifadə edir. Paşinyan vaxtilə Münhen konfransında işlətdiyi "Rubikon" sözünü elə-belə işlətməyib. "Rubikon" sözünün işlədildiyi fikirdə mənası "keçiləcək həddi keçdikdən sonra bir daha geri dönüşün olmamasıdır". Bu o deməkdir ki, Paşinyan Rusiya ilə hansı həddə kimi oynanıla bilindiyini başa düşür. Bilir ki, bu həddən sonra artıq geri dönüşü olmayan proseslər başlayır. Odur ki, Putinə bir az naz edib qopara biləcəyini qoparmaq istəyir. Eləcə də Qərblə bu oyunu oynayır".
A.Qasımov vurğulayıb ki, onsuz da Qərb də Paşinyanın oyunundan xəbərdardır:
"Qərb Brüsseldə keçirilən üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə Ermənistanın gözləntilərinin əksinə olaraq çox az maliyyə dəstəyi ayrılması ilə çıxış etdi. Qərb də hələlik Paşinyanın mövqeyini dəstəkləyəcək durumu görmədiyi üçün asta davranır. Buna baxmayaraq, Qərb və Rusiya Ermənistanın ikiüzlü, xain addımlarına göz yumurlar. Çünki onlar erməni toplumunun xislətinə bələddirlər. Sadəcə onlara erməni toplumunun bu xisləti lazımdır. Onlar da bundan istifadə edib öz geosiyasi maraqlarında ermənilərdən istifadə edirlər. Odur ki, onların şıltaqlıqlarına göz yumur, ermənilərin "onları idarə etdiyi" üçün özlərini ağıllı hesab etmələri şəraitini yaradırlar".