ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək.
Bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki ATƏT sədri səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

"Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq", məlumatda bildirilib

***
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.

"Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.