Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşması regionda sabitliyə və uzunmüddətli sülhə xidmət edəcək.
APA-nın adı çəkilən ölkənin mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:
“Biz Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına həm hazırıq, həm də bunda maraqlıyıq. Söhbət həm də dəmiryolu nəqliyyatından gedir. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi birgə, daha dəqiq qarşılıqlı prinsip əsasında həyata keçiriləcək”.