Atatürk anılır: İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb


“19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə Türkiyədə keçirilən tədbirlərlə əlaqədar olaraq İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə ölkədə təşkil olunan “Gənclik və İdman” festivalları çərçivəsində İstanbul Boğazında yelkənli qayıq yarışları keçirilir. Türkiyənin Sahil Mühafizə Xidməti yarışların yerli vaxtla saat 18:00-dək davam edəcəyi və turnir bitənədək gəmi keçidlərinə icazə verilməyəcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən 2024-cü il ölkədə “Hərəkətlilik ili” elan edilib. Mötəbər gün münasibətilə ölkənin 81 vilayətində “Sağlam gələcək üçün hərəkət et” şüarı ilə “Türkiyənin gücü: gəncliyi” başlıqlı idman yarışları və elmi-mədəni tədbirlər keçirilir.