1988-ci ildə tarixdə görünməmiş bələdiyyə sədri seçkiləri olub. Yumor jurnalı tərəfindən zarafat kimi namizədliyi irəli sürülən şimpanze mer seçkilərinə qatılıb. Heyvan 12 namizədi ötüb, hətta yarım milyon insanın etimadını qazanaraq ilk 3-lüyə daxil olub.
Sherg.az Milliyet.com.tr-yə istinadən baş verənləri təqdim edir.
1988-ci illər Braziliyada siyasi dalğalanmaların sakitləşmədiyi və insanların onları təmsil edəcək şəxsə ümidsiz olduğu bir dövr idi. Elə bu vaxt bir nəfər gəldi və qərar verdi ki, meymun namizəd olsun. Macako Tião adlı meymun bütün namizədləri sıradan çıxararaq zirvəyə çatıb və görün minlərlə insanın səsini necə alıb.
Tarixə damğasını vuracaq hadisə Rio-de-Janeyro zooparkında yaranıb. Macako Tião adlı şimpanze zooparkın ən sevimli canlılarından biri idi. O, xarakterik və ağıllı davranışı ilə hamını valeh edirdi. Lakin sonradan Makako qəribə davranışlar nümayiş etdirməyə başladı. Makakonun münasibətində aqressivliyi görən zoopark işçiləri onu qəfəsə bağlayıblar. Makako bu dəfə girdiyi qəfəsi bəyənməmiş və narahat olmuşdu, ona görə də gələnlərin üstünə əlindən gələni atmağa başlayıb. Ziyarətçilərə atdığı əşyalar arasında nəcis parçaları və palçıq topları da var idi. Əslində, ilk növbədə onu məşhur edən məhz bu münasibətlər idi. Çünki onun nəcis atdığı adamlar adi insanlar deyildi.
Makakonun nəcisi ilə qarşılaşan ilk şəxs Rio-de-Janeyro şəhərinin o vaxtkı meri Xulio Koutinyo olub. Digər şəxs isə siyasətçi və hüquqşünas Marçello Alenkar idi. Makako məhz beləcə mətbuatın diqqətini çəkdi. Görünür, bu şimpanze siyasətçiləri sevmirdi, bəs niyə? Bu sualı bir kənara qoyub 1988-ci il seçkilərinə qayıdaq.
Braziliyada əsl ümidsizlik ab-havası hökm sürərkən insanlar kimə səs verəcəklərini, seçkidən sonra həyatlarında nələrin dəyişəcəyini bilmirdilər və buna ümid də yox idi. 1988-ci ildə Rio-de-Janeyro mer seçkiləri zamanı da məhz bu ab-hava hökm sürürdü.
Həmin illərdə məşhur yumor jurnalı olan "Casseta & Planeta"nın komandası hadisəni öz üzərinə götürdü. Komandanın ilk məqsədi insanların gərginliyini aradan qaldırmaq, əhval-ruhiyyəni bir az da yüngülləşdirmək olub. Buna görə də siyasətçilərə meylli olan Makako Tiaonu merliyə namizəd göstərməyə qərar verdilər. Əvvəlcə sırf zarafat olan bu nominasiya birdən ciddiləşdi və nə baş verdiyini heç kim anlamadı. Makakonun yaxşı namizəd olduğunu düşünən böyük bir qrup insan - təxminən yarım milyon insan - birdən Makako adından kampaniyaya başladı.
Camaatın Makakonu yaxşı namizəd kimi gördüyünü anlayan "Casseta & Planeta" komandası Makakonun seçki kampaniyalarını təşkil etdi və onların dəstəyi ilə biznes sürətlə inkişaf etdi. İndi Makako bütün şəhərdə afişalarla, onun adına keçirilən mitinqlərlə və televiziya proqramlarında müzakirə olunan namizədlərlə bir seçim halına gəldi. Əslində, insanlar onun namizədliyindən danışarkən, siyasətçilərin ictimaiyyətin inamını necə itirdiyini də tənqid edirdilər.
Nəhayət, seçki günü gəlib çatdı. Yarım milyona yaxın 400 mindən çox insanın səsi Makakonun lehinə olub. 12 namizədlə yarışaraq zirvəyə yüksələn Makako ilk üç namizəd arasında üçüncü olub. Onun yarım milyona yaxın seçicinin səsini alması gündəmə bomba kimi düşüb.
Makako bələdiyyə başqanı seçkilərində yarım milyon insanın səsini toplayaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Təbii ki, bütün səslər etibarsız sayılırdı, lakin 1988-ci il seçkilərində bir şimpanzenin yarım milyon insanın etimadını qazanması çox fərqli mesajlar ehtiva edirdi. İnsanların siyasətə və siyasətçilərə inamının nə dərəcədə qırıldığını açıq şəkildə ortaya qoyurdu. Makako isə hər şeydən xəbərsiz idi, amma insanların qəlbində elə bir taxt qurmuşdu ki, hamı ona “meymun başqanlığa namizəd” deyirdi.
Hər şeydən xəbərsiz olaraq zooparkda öz yerində yaşamağa davam edən Makako üçün 1996-cı il pis oldu. 33 yaşında ikən şəkər xəstəliyinə tutuldu və öldü. Onun ölümündən sonra Rio-de-Janeyroda üç günlük rəsmi matəm elan edilib, bayraqlar yarıya qədər endirilib və zooparkda onun adına abidə ucaldılıb.