
Kim istəyir minatəmizləmə işinə qoşula biləcək?
04:24 23.10.2024
Aktual
568
Bu, çox həssas məsələdir, minatəmizləmə ciddi bacarıq, səriştə, cəsarət, professionallıq tələb edən işdir
Azərbaycanda fiziki və hüquqi şəxslərin minatəmizləmə fəaliyyəti həyata keçirməsi üçün hüquqi əsaslar müəyyən edilir. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçiriləcək və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müstəqil Jurnalistlərə Texniki və hüquqi Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan araşdırmaçı jurnalist Asəf Quliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, fiziki və hüquqi şəxslərin minaların təmizlənməsinə cəlb edilməsi istənilən bir şəxsin, təbii, Azərbaycan vətəndaşı olan şəxsin, lisenziya alaraq özəl şirkət açıb bu fəaliyyət növüylə məşğul ola biləcəyi anlamına gəlir:

- Bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir və Milli Məclisdə də məhz bu məsələyə baxılıb. Minatəmizləmə fəaliyyətinə qoşulmaq istəyən və bu məqsədlə şirkət qurmaq istəyən şəxsin hansı keyfiyyətlərə malik olması, təhsili, minatəmizləmə ilə bağlı nə dərəcədə məlumatlı olması, lisenziyanın hansı əsaslarla verilə biləcəyi yəqin ki, qanunda əksini tapacaq. Məlumatda qeyd edilir əslində, təlimlər keçiriləcək, qiymətləndirmə aparılacaq, daha sonra sertifikat veriləcək və sair. Amma hesab edirəm ki, minatəmizləmə işinin dövlətin nəzarətində olması daha məqsədəmüvafiqdir. Hamımız bilirik ki, Qarabağ bölgəsində 30 illik işğal dövründə Ermənistan ordusu və separatçı qüvvələr tərəfindən zirehli texnika əleyhinə, piyada əleyhinə minalar basdırılıb. Azərbaycan ordusu Qarabağ və ətraf bölgələri işğaldan azad etdikdən sonrakı dövrdə nə qədər mülki vətəndaşımız mina qurbanı olub. Bu, bizim üçün həssas məsələdir. Minatəmizləmə ciddi bacarıq, səriştə, cəsarət, professionallıq tələb edən işdir. Bu gün də Qarabağ torpaqlarının bağrında sayını bilmədiyimiz minalar var. Ermənistan dövləti cinayətlərini davam etdirərək mina xəritələrini Azərbaycana təhvil vermir. Təhlükə hələ də qalmaqdadır. Və ANAMA minatəmizləmə işini davam etdirir. Prosesə beynəlxalq tərəfdaşlar cəlb olunurlar. Amma özəl şirkətlərin bu işdə iştirakı arzuolunan deyil. Qiymətləndirməni kim aparacaq, lisenziyanı kim verəcək, kim təsis edə bilər belə bir şirkəti? Xeyli suallar var. Qanun layihəsi birinci oxunuşda qəbul edilib, amma ümid edək ki, bütün vacib məqamlar dəyişiklikdə əksini tapacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət