Hikmət Babaoğlu: Rusiya şüşə qapıdan dəmir qapı Dərbəndə daş atmamalıdır
11:43 01.08.2025
Aktual
1276
AZƏRTAC Rusiyadakı yerlərin adını türkcə verməyə başlasa Moskva bundan məmnun qalmayacaq
Azərbaycana qarşı "mədəniyyət" üzərindən informasiya kontekstində səlib yürüşü təşkil etməməlidirlər
Son zamanlar bəzi beynəlxalq informasiya resursları, o cümlədən Rusiya Federasiyasının rəsmi xəbər agentlikləri Azərbaycanın ərazi bütövlüyünü və tarixi toponimlərini görməzdən gələn yanaşmalar sərgiləməyə başlayıblar. Xüsusilə TASS informasiya agentliyinin “Stepanakert” ifadəsini silərək “Naqornıy Karabax” adlandırması əslində Azərbaycanın inzibati-coğrafi reallıqlarına və hüquqi əsaslarına ziddir. Çünki Azərbaycan Respublikasında “Naqornıy Karabax” adlı hər hansı inzibati ərazi vahidi mövcud deyil. Bu cür ifadələr ölkəmizin tarixi toponimlərini silmək və dəyişdirmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilir. Azərbaycanın yer adları təkcə coğrafi göstərici deyil, həm də xalqımızın tarixi yaddaşı və mədəni kimliyidir. Bu yaddaşın pozulmasına yönələn istənilən təşəbbüs, faktların təhrifindən və tarixə hörmətsizlikdən başqa bir şey deyil.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a mövzu ilə bağlı açıqlamasında Ayvazovskinin heykəlinin qaldırılması ilə bağlı məsələyə toxunub:
"Çox təəssüf ki, Rusiya yenidən uydurma bir problem yaradaraq, bu məsələnin ətrafında münasibətləri gərginləşdirilir.
İvan (Hovhannes) Ayvazovskinin heykəli Azərbaycana rus sülhməramlılarının qoltuğunda gətirildi. Onlar gedəndə də bu heykəli öz qoltuqlarında geri aparmalı idilər. Təəssüf ki, aparmadılar. Beləliklə mədəniyyət problematikası, şousu yaratmağa çalışırlar. Təəssüf doğuran məsələ odur ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi TASS-da buna özünü alət edir. Azərbaycan xalqının belə bir atalar sözü var ki, əgər şüşə qapılı evdə oturursunuzsa, dəmir qapılı evə tərəf daş atmayın, çünki dəmir qapılı evdə oturan da çıxıb sizin tərəfə bir daş atar və qapınız sınar. Bu gün əslində Rusiya bunu edir. Azərbaycanın dövlət agentliyi AZƏRTAC əgər Rusiyadakı bütün şəhərlərin, yerlərin, vilayətlərin adını türkcə verməyə başlasa Moskva bundan heç də məmnun qalmayacaq. Nəticə etibarı ilə "Stepanakert" qondarma addır. 1923-cü ildə süni şəkildə avtanom respublika yaradılandan sonra bizə sırınıb. Azərbaycanən düşməni olan Stepan Şaumyanın adı gözəl Xankəndi şəhərimizə verilib".
Deputat Rusiyada çox saylı şəhərlərin hamısının tarixən türk adları daşıdığını söyləyib:
"Bir gün AZƏRTAC da bənzər üslubda yazılar versə, gərək rusiyalı həmkarlarımız bizdən inciməsinlər. Bizim qapımız dəmir qapı Dərbənddir. Rusiya Federasiyasının bütün federasiya subyektləri orada yaşayan xalqların tarixi torpaqlarıdır. Bu, isə Rusiya nə qədər böyük və güclü görünsə də onun qapısının şüşədən olduğunu göstərir. Biz bir gün dəmir qapı Dərbənddən çıxıb oradan Rusiyanın şüşə qapısına doğru daş atsaq onun qapısı sınacaq. Bu ehtimalı da nəzərdən keçirməlidirlər. Azərbaycana qarşı "mədəniyyət" üzərindən informasiya kontekstində səlib yürüşü təşkil etməməlidirlər.
Ayvazovskinin də nə Azərbaycana, nə də Azərbaycan mədəniyyətinə heç bir adiyyatı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə