
Bakının balans siyasəti: Azərbaycan Ukrayna ilə də münasibətlərin inkişafında maraqlıdır
14:01 01.08.2025
Siyasət
674
Beynəlxalq münasibətlərdə böyük dövlətlər maraqlarını hüquqla yox, daha çox güc yolu ilə həyata keçirirlər. Bu, beynəlxalq hüququ ikinci plana keçirir. Dünya nizamı pozulub. Müxtəlif regionlarda münaqişələr artır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi qlobal sabitliyə ciddi zərbə vurub. Münaqişə təkcə iki ölkə arasında deyil, Qərb və Rusiya arasında da qarşıdurma yaradıb.
Belə bir şəraitdə Azərbaycan ehtiyatlı və balanslı siyasət aparır. Heç bir blokun alətinə çevrilmir.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib ki, Ukrayna Azərbaycanın suverenlik və ərazi bütövlüyü prinsiplərinə sədaqətli mövqeyini yüksək qiymətləndirir. Bu, Azərbaycanın prinsipial və müstəqil siyasətinə verilən dəyərin göstəricisidir.
Politoloq Azad Məsiyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Bildiyiniz kimi dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir. Əsas meyar güc tətbiqidir. Yəni ayrı-ayrı dövlətlər öz maraqlarını beynəlxalq hüquqa söykənərək deyil, güc tətbiq etməklə reallaşdırmağa çalışırlar. Bu hal isə beynəlxalq hüququn təsir imkanlarını zəiflədir və onu arxa plana keçirir. Ümumilikdə Rusiya-Ukrayna münaqişəsi dərin tarixi və geosiyasi köklərə malikdir. Başda Birləşmiş Ştatlar olmaqla NATO bloku Rusiyanı “düşmən dövlət” elan edib. Əslində bu münaqişə Amerikanın dünyada hərbi xaos yaradaraq öz maraqlarını təmin etmək siyasətinin tərkib hissəsidir. Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadi və siyasi sistemə ciddi təsir göstərərək illər ərzində qurulmuş nizamı sarsıdıb.
Dünyada hərbi-siyasi xaos yaradılıb. Bu hərbi-siyasi xaos nəticəsin də böyük güclər öz maraqlarını həyata keçirməkdə, diqtə etməkdədir. Belə bir vəziyyətdə Azərbaycan öz xarici siyasət kursunu balanslaşdırılmış şəkildə yürüdür və böyük güclərin əlində alətə çevrilmir. Qonşularla dinc yanaşı yaşama prinsipinə əsaslanır və beynəlxalq normalar çərçivəsində münasibətlərin tənzimlənməsinə üstünlük verir".
Politoloq Rusiyanın Azərbaycanın əzəli və böyük qonşusu olduğunu söyləyib. Azərbaycanın mina terroru ilə üz-üzə qaldığına diqqət çəkib:
"22 fevral 2022-ci ildə Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış 43 maddəlik Müttəfiqlik haqqında Bəyannamə ölkələrarası münasibətlərin inkişafına xidmət edir. Bu sənədin hər bir müddəası iki dövlət arasında münasibətlərin inkişafının sübutudur. Azərbaycan dəfələrlə bəyan edib ki, üçüncü tərəfin vasitəsilə qonşu dövlətlərə qarşı istifadə olunmasının əleyhinədir. Azərbaycan eyni zamanda Ukrayna ilə də münasibətlərin inkişafında maraqlıdır. Ukraynaya humanitar yardımlar göstərməkdə davam edir. Bu da insanlıq baxımından təqdirəlayiq addımdır.
Azərbaycan işğaldan əziyyət çələn bir dövlət olub. O eyni zamanda minalar problemi ilə də üz-üzədir. Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini işğal edib və həmin ərazilərdə çoxlu sayda mina basdırıb. Bu minalar bu gün də mülki əhaliyə ziyan vurur. Beynəlxalq hüquqa görə piyadalar əleyhinə minalar qadağandır. Ottava Konfransında 160-dan çox dövlət bu konfransın konvensiyasını ratifikasiya edib. Lakin Ermənistan bu gün belə mina xəritələrini dəqiq formada Azərbaycana təqdim etmir. Bu gün Azərbaycan mina terrorundan əziyyət çəkir".
Müsahibimiz başda ABŞ olmaqla NATO blokunun Rusiya ilə savaş apardığını deyib:
"Belə olan təqdirdə burada hər hansısa bir Ottava konfransının sənədlərini icra etməsi sadəlövlük olardı. Atəş açılanda beynəlxalq hüquq öz təsirini itirir ikinci plana keçir. Ona görə də bu gün ayrı-ayrı dövlətlər öz dövlət maraqlarını nəzərə alaraq beynəlxalq konfransların qəbul etdiyi sənədlərdən imtina edir. Bunu Avropa, NATO yönümlü dövlətlətin timsalında daha çox görürük.
Azərbaycan balanslaşdırıcı siyasətə üstünlük verir, üçüncü tərəfin əlində alətə çevrilməkdə maraqlı deyil. Bu siyasət həm regional sabitliyin qorunmasına, həm də Azərbaycanın milli maraqlarının təmininə xidmət edir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya