
“..."3+3" formatının ciddi nəticələrini görəcəyik” - ŞƏRH
Yusif Nəzərli
11:15 26.01.2022
Aktual
732
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "3+3" formatından danışıb. Onun sözlərinə görə Rusiya hesab edir ki, bu platforma regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək. Səfir ötən il çox şey vəd edən "3+3" formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir.
O bildirib ki, "3+3" formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır”.
M.Boçarnikov bu format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.
Xatırladaq ki, "3+3" formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ötən il dekabrın 10-da Moskvada "3+3" formatı çərçivəsində ilk iclas keçirilib. İclas Rusiyanı XİN rəhbərinin müavini Andrey Rudenko, Azərbaycan XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan və İranın Xarici İşlər Nazirliyinin Avrasiya üzrə Baş direktoru Əlirza Həqiqiyanın həmsədrliyi ilə keçirilib. Gürcüstan görüşdə iştirakdan imtina edib.

Boçarnikovun bəyanatındakı gizlinləri açan Ağ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, bu format 6-lıq platformasında yer alacaq ölkələrin problemləri öz aralarında həll etmələrinə şərait yaradacaq:
““3+3” formatının uğurlu olması həmin ölkələrdən asılı olacaq. Əgər onlar məsələyə sülh, sabitlik, əmin-amanlıq mövqeyindən yanaşsalar, əməkdaşlıq müsbətə doğru dəyişəcək.
Formatın fəaliyyətinə problem yaradan ölkə Ermənistandır. Regionda sabitliyin əldə edilməsi üçün İrəvan Azərbaycana və Türkiyəyə qarşı təxribatçı mövqeyinə son qoymalıdır. Son dönəmlər rəsmi İrəvanın müsbət fikirlər səsləndirdiyini müşahidə edirik. Belə ki Paşinyan son çıxışında Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının olmadığını bildirib. Ermənistan hökuməti dilə gətirdiyi fikirləri hərəkətlərində də göstərsə, münasibətlərdə dəyişiklik görə bilərik.
Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, Gürcüstan, İran öz aralarında olan məsələləri həll etmək gücündədirlər. Əgər formata ciddi yanaşılmasa, kənar qüvvələrin müdaxiləsi ola bilər. Onlar da öz maraqlarını güdəcəklər.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülh müqaviləsi imzaladıqdan sonra "3+3" formatının ciddi nəticələrini görəcəyik”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə