7 saatlıq CAVAB ƏMƏLİYYATI! - “Düşmənin planları alt-üst edildi”
Yusif Nəzərli
12:01 16.09.2022
Aktual
738
"Sentyabr ayının 12-13-də gecə saatlarından başlayaraq Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatlar onların revanşist siyasətdən əl çəkmədiklərinin göstəricisidir. Ermənilər sülh müqaviləsini imzalamaqdan boyun qaçıraraq, süni əngəllər törədirlər".
Bu fikirləri "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov söyləyib.
Parlamentarinin sözlərinə görə, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Ermənistan təxribatlara əl atır:
"Ayıq-sayıq qüvvətli Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Ermənistan Vətən müharibənin ardınca Rusiya, ABŞ, Avropa ölkələri ilə silah tədarükü edirdi. Azərbaycanla sərhəddə hərbi bazalar qururdular. Ölkəmizin irəli sürdüyü bütün sülh təklifləri Ermənistan tərəfindən sabotaj edilirdi.
Ermənilərin sentyabr ayının 12-13-də həyata keçirdiyi genişmiqyaslı təxribat 2020-ci ilin 12 iyul tarixində Tovuz istiqamətində Ermənistanın başlatdığı təxribatla eynilik təşkil edir”.
C. Osmanov diqqətə çatdırıb ki, Azərbaycan Ordusu cəmi 7 saat baş tutan unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir, qurduğu planları alt-üst etdi:
" Ermənilər deziformasiya yayaraq da təxribat törədirdilər. Heç bir fakta söykənməyən "feyk" xəbərlər tirajlayırdılar. Bir müddət sonra dünya bunun təxribat olduğunu gördü. Ermənistan müxtəlif platformalarda Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq istəyir, amma nail ola bilmirlər. Ermənistan işğalçılıq siyasəti yürüdür. Ermənistanın yenə başına dəyən "Dəmir yumruq" bütün sahələrdə böhranı dərinləşdirdi. İrəvanda mitinqlər başlayıb. Ölkədə xaotik vəziyyət yaranıb, vətəndaş qarşıdurması astanasındadır.
Günah erməni siyasi rəhbərliyinin üzərinə düşür. Onların revanşist siyasəti nəticəsində bu ölkə acınacaqlı durumdadır. Ermənistanın respublikamıza və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü.
"Dəmir yumruğ"un yerində olduğu Ermənistana bir daha sübut olundu. Növbəti dəfə təxribat törədilərsə, qarşısı daha sərt və qətiyyətlə alınacaq. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Adekvat addım atmasalar, acı nəticələrə gətirib çıxaracaq".
Qeyd edək ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
13:19 07.10.2026
Gündəm
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual