800 manatadək cərimə: Vəsiqəni girov almaq qadağandır
01:51 08.07.2025
Aktual
454
Vətəndaş şikayətini birbaşa prokurora ünvanlaya bilər
Son zamanlar sosial şəbəkələrdə borc verən şəxslərin şəxsiyyət vəsiqəsini girov kimi tələb etməsi barədə paylaşımlar artıb. Əksəriyyət bunun qanunsuz olduğunu vurğulayır və şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirir. Qanun bu barədə nə deyir? Vətəndaşlar bu məsələdə hüquqlarını necə qoruya bilər?
Hüquqşünas Ellada Bayramovanın sözlərinə görə, borc alarkən şəxsiyyət vəsiqəsinin girov olaraq tələb edilməsi geniş yayılsa da, qanunsuzdur:
"“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda nəzərdə tutulan müvəqqəti alınma halları istisna olmaqla, şəxsin vəsiqəsi borc, yaxud digər məsələlərə görə alına və ya girov götürülə bilməz. Bu sənəd mülki dövriyyə obyekti deyil, yəni onu girov qoymaq, satmaq, dəyişmək və ya başqasının istifadəsinə vermək qanunsuzdur. Belə hərəkət nə hüquqi, nə də etik baxımdan qəbulolunandır”.
Hüquqşünas bildirib ki, şəxsiyyət vəsiqəsi vətəndaşdan yalnız müəyyən hallarda tələb oluna bilər:
“Hüquq-mühafizə orqanları yoxlama apardıqda, notariat, məhkəmə orqanları hüquqi əməliyyatlarda iştirak zamanı, bank, maliyyə qurumları və dövlət xidmətləri şəxsiyyəti təsdiq etmək məqsədilə sənədi tələb edə bilər. Belə zamanda da vəsiqə alınıb saxlanıla bilməz, yalnız təqdim olunur və ya skan edilir. Əks halda, bu hal vəsiqəni özündə saxlayan şəxs üçün inzibati və cinayət məsuliyyəti yarada bilər. İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, bu kimi hallara görə 500 manatdan 800 manatadək məbləğdə cərimə müəyyən edilib. Şəxsiyyət vəsiqəsi girov kimi saxlanıldıqda, dərhal onun qaytarılması tələb edilməlidir. Əgər imtina olunursa, polisə və ya Daxili İşlər Nazirliyinə müraciət ünvanlanmalıdır”. (Globalinfo.az)
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, qanunvericiliyə görə, şəxsdən yalnız hərbi xidmətə çağırış zamanı, hərbi təhsil müəssisəsində təhsil alarkən və ya şəxs barəsində ev dustaqlığı tədbiri seçildiyi halda şəxsiyyət vəsiqəsi girov götürülə bilər:
“Bu kimi hallar Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 6-cı maddəsi ilə tənzimlənir. Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda isə şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır”.
Ə.Nuriyev qeyd edib ki, hər hansı alqı-satqı zamanı, borc götürəndə, kirayə mal götürəndə şəxsiyyət vəsiqəsinin girov qoyulması tamamilə qadağandır. Bu hallarda şəxsiyyət vəsiqəsini girov götürən şəxslər bilməlidirlər ki, onları 500 manatdan 800 manatadək cərimə gözləyir:
“Şəxsiyyət vəsiqəsi qanunsuz götürülən və yaxud girov saxlanılan şəxs bu barədə şikayət ərizəsini həmin ərazi üzrə prokurora yazmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qanun pozuntusuna dair işlər üzrə icraata prokuror tərəfindən başlanılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə