AĞ Partiya Zəngəzur Komissiyası "Göyçə-Zəngəzur Respublikası" ilə əlaqədar bəyanat yaydı
Yusif Nəzərli
14:17 21.09.2022
Aktual
578
AĞ Partiya Zəngəzur Komissiyası "Göyçə-Zəngəzur Respublikası" ilə əlaqədar bəyanat yaydı.
"Sherg.az" xəbər verir ki, bəyanatda deyilir: "Bir neçə müddətdir ortaya atılan, kimə və nəyə xidmət etdiyi məlum olmayan Göyçə-Zəngəzur Respublikası" adlı qondarma qurumun hazırkı dönəmdə fəallaşması Azərbaycan Respublikasının maraq perspektivləri ilə üst-üstə düşmür. Xüsusilə son dərəcə həssas dönəmdə Azərbaycan Respublikası xaricində kiminsə "Zəngəzur" adına iddia etməsini yalnız avantüra adlandırmaq yanlışdır. Bu eyni zamanda mənfur niyyətdən də xəbər verir. Ola bilsin ki, bu şəxslər "Zəngəzur" kimi tarixi Azərbaycan torpaqlarını öz al-ver predmetlərinə çevirmək istəyirlər. Bu halın özü də iki qat ziyanlıdır. Azərbaycan 100 il sonra ilk dəfə öz tarixi haqqı olan torpaqlarını qaytarmağa bu qədər yaxın olduğu bir vaxtda belə absurd iddiaları ortaya atmağı heç bir şəkildə xoş niyyətlə qəbul etmək məqbul deyil. Biz eyni zamanda onu da yaxşı bilirik ki, bu ayaq tutub yeriməyəcək natamam cəhdlərin gələcəkləri yoxdur. Ölkəsini, vətənini, millətini, suverenliyini prioritet hesab edən heç bir Azərbaycan vətəndaşı bu "projeyə" dəstək verməyəcək. Bizim bəyanat yaymaqda məqsədimiz yalnız "Göyçə-Zəngəzur Respublikası" adlı qurumla əlaqədar deyil. Biz bu bəyanatı həm də ona görə ictimaiyyətə yayırıq ki, hər kəs bilsin və agah olsun ki, bizim bir tək vətənimiz var. Onun da adı Azərbaycan Respublikasıdır. Bütöv Azərbaycan xaricində heç bir qurumu qəbul etmirik. Sərhədlərimiz daxilində hər hansı torpaq parçasına iddia edənlər separatçılıqla məşğul olmuş hesab edəcəyik. Yaşasın bütöv Azərbaycan. Zəngəzur Azərbaycandır.
Hörmətlə AĞ Partiya Zəngəzur Komissiyası
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol