Akar:"Sonuncu terrorçu məhv edilənədək mübarizəmizi davam etdirəcəyik"
Yusif Nəzərli
13:06 13.04.2023
Aktual
321
"Terror təşkilatları çökürlər və hazırda onlar xeyli çətinliklərlə üzləşiblər".
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Kayseridə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda terror təşkilatlarına üzvlük sıfır səviyyəsindədir və buradan qaçış halları çoxalıb: "Artıq terror təşkilatlarının üzvləri çöküş prosesini etiraf edirlər. Biz bunu dünyanın da görməsini gözləyirik".
H.Akar bildirib ki, sonuncu terrorçu məhv edilənədək Türkiyə Silahlı Qüvvələri mübarizəsini davam etdirəcək: "Şəhidlərimizin qanını yerdə qoymuruq və qoymayacağıq. Hərbçilərimiz də vəzifələrini layiqincə icra edirlər".
Suriyanın şimalında terror dəhlizi qurmaq istəyənlərin olduğunu xatırladan nazir Türkiyənin buna imkan vermədiyini vurğulayıb: "Terrorçuların arxasında kim olursa dursun, onlara necə kömək lazımdırsa göstərilsin - bütün buna baxmayaraq, biz yenə də vəzifəmizi icra edəcəyik. Bizim kimsənin dini və irqi ilə işimiz yoxdur, amma terrorla məsafə saxlamayanlarla ciddi problemimiz var".
H.Akar qeyd edib ki, Türkiyə hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə yanaşı terrorla mübarizəni də davam etdirir: "Türkiyə indi çox ciddi mübarizə aparır. Bu mübarizəmiz uğurludur. Mübarizəmizin nə qədər uğurlu olduğunu, nə qədər çox məsafə qət etdiyimizi bütün dünya gördü. Fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyə Silahlı Qüvvələri bütün imkanları ilə vətəndaşların yanındadır. Həmin zəlzələ əsrlər boyu gördüyümüz ən ciddi təbii fəlakət idi. Amma 81 vilayətdə 85 milyon vətəndaşımız da dövlətin yanında oldu. Yəni çiyin-çiyinə verdik, qarşılıqlı əməkdaşlıq nəticəsində yaralarımızı sağaltmağa başladıq. Bu mübarizəyə indi də davam edirik. Silahlı Qüvvələrimiz həmişə xalqın yanındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya