Albaniya Prezidenti: “Azərbaycan ilə daha sıx əməkdaşlığa can atırıq”
Yusif Nəzərli
12:14 15.11.2022
Aktual
342
“Albaniya Azərbaycan ilə daha sıx əməkdaşlığa can atır”.
“Report” xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Tiranada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Albaniya Azərbaycan ilə enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb:
“Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək”.
Albaniya Prezidenti bildirib ki, bugünkü müzakirələrimizdə əsas diqqət ümumi maraq doğuran sahələrin və əməkdaşlığın dərinləşdirilməsinin konkret yollarının müəyyənləşdirilməsinə yönəldilib:
“Biz yaxın illər üçün əməkdaşlığın konkret mərhələlərini və proqram ardıcıllığını müəyyənləşdirmək üçün ən yaxşı siyasi və texniki vasitə kimi 2023-cü ildə birgə iqtisadi komissiyanın keçirilməsinin zəruriliyi barədə danışdıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm