Serbiya Prezidenti Aleksandar Vuçiç 27 sentyabrda istefa verəcəyini açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə "Pink" telekanalının efirində bildirib.
"Mən (sentyabrın -red.) 27-də Prezident vəzifəsindən istefa verəcəyəm", - Vuçiç qeyd edib.
Serbiya Prezidenti sentyabrın 9-da parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.