
Analitik: Azərbaycanın BRİCS-ə üzvlüyü ilə bağlı müraciəti geosiya proseslərin tələbi idi
12:39 17.09.2024
Aktual
621
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Report”a müsahibəsində İrəvanla Bakı arasında dayanıqlı sülhün imzalanması üçün atılmalı olan addımlar, iki ölkənin XİN başçılarının növbəti görüşü, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi, mina xəritələri, Fransa-Azərbaycan münasibətləri, Azərbaycan və Gürcüstan arasında açıq qalan delimitasiya prosesi, BRICS-ə üzvlüyün Azərbaycana nə vəd edəcəyi və digər bir sıra məsələlərdən danışıb. Burada əsas diqqət çəkən məsələlərdən biri Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı mürüciətidir. Ayxan Hacızadə bildirib ki, BRICS təxminən 18 ildir fəaliyyət göstərən beynəlxalq hökumətlərarası bir əməkdaşlıq platformasıdır. BRICS-də hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri üzvdürlər. BRICS dünyanın 30%-dən çox ərazisini, təxminən 43% əhalisini, və 26% ÜDM-ni əhatə edir. Təşkilata üzv dövlətlər böyük təbii resurslara, böyük daxili bazara və əmək rezervlərinə, bir sıra üzvləri yüksək texnoloji sənayeyə malik ölkələrdir. BRICS-də BMT TŞ, Böyük 20-lik, Qoşulmama Hərəkatı, Afrika Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional strukturlarının üzv olan dövlətlər bir araya gəlmişlər. Bütün bunlarla BRICS beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkiyə malik bir təşkilata çevirib. BRICS çərçivəsində əməkdaşlıq daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı mənfəətə əsaslanır. BRICS-in sənədlərində dövlətlərin suveren bərabərliyi və bir-birinin işlərinə qarışmamaq prinsipləri, ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün birgə işləmək qətiyyəti izhar olunur. BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur. Ümumilikdə, BRICS çərçivəsində üç əsas istiqamət - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadi, mədəni və xalqlar arasında münasibətlər üzrə əməkdaşlıq aparılır. Bununla bağlı, BRICS-in müxtəlif təsisatları, işçi qruplar, bank-maliyyə qurumlarından başlayaraq “Academic Forum” və “Think Tanks Council” kimi əməkdaşlıq mexanizmləri mövcuddur. BRICS əməkdaşlığının sahələri qismində o cümlədən terrorizm, kütləvi qırğın silahları, narkotiklərin qeyri-qanuni dövriyyəsi, kibercinayətkarlıq, iqlim dəyişikliyi, post-pandemiya dövrünün çətinlikləri kimi təhdid və çağırışlar ilə mübarizəni göstərmək olar. Azərbaycan regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməkdə davam edir, beynəlxalq hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir. Bu məqsədlə bir çox beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığımız inkişaf etdirilir və dərinləşdirilir.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Azərbaycanın BRİCS-ə üzvlüyü ilə bağlı müraciəti geosiya proseslərin tələbi idi:

“Çünki bu gün dünyada ciddi şəkildə qütbləşmə baş verir. Eyni zamanda Qərb və Şərq qarşıdurması intensivləşib. Əslində müxtəlif regionlarda olan müharibələr də Qərb və Şərq toqquşmasının nəticəsidir. Məsələn, Şərqi Avropada, Yaxın Şərqdə və Cənubi Qafqazda Qərb-Şərq toqquşması müşahidə olunur. Bunlar isə koordinasiyalı şəkildə biri-biriylə bağlıdır. Azərbaycan təbii ki, xarici siyasət kursunu Türkiyə ilə koordinasiyalı şəkildə aparır. Türkiyəyə də xarici siyasət kursunu Azərbaycanla birlikdə aparmaq maraqlıdır. Təsadüfi deyil ki, rəsmi Bakı və rəsmi Ankara eyni ərəfələrdə BRİCS-ə üzv olmaqla bağlı müraciət etdi. Düşünürəm ki, sözügedən müraciət müsbət nəticələnəcək və Azərbaycan, Türkiyə BRİCS-ə üzv olacaq. Beləliklə Azərbaycan, Türkiyənin Rusiya və Çinlə əlaqələri yeni müstəviyə qalxacaq. Elə BRİCS-in əsas üzvləri də Rusiya və Çindir. Azərbaycan və Türkiyə geosiyasi reallıqlara uyğun birlikdə adekvat addımlar atırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə