Avropa Parlamentinin qətnaməsi narahatlıq doğurmur
Yusif Nəzərli
00:36 06.10.2023
Aktual
512
Qərar məsləhət xarakterlidir və heç bir hüquqi qüvvəyə malik deyil
Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb. Avropa Parlamenti AB icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Qeyd olunur ki, qətnamənin icrası hüquqi baxımdan icbari sayılmasa da, Avropa təsisatları deputatların rəylərini nəzərə ala bilərlər. Qətnamə ilə Avropa Parlamenti Aİ icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa sənəddə, həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb. Sənəddə Ermənistana dərhal yardım göstərmək çağırışı yer alıb. AP hesab edib ki, yaranmış vəziyyət "etnik təmizləməyə" bərabərdir. Avropa Parlamentinin Azərbaycana yönəlik qərəzi illərdir davam edir. Bir qrup ermənipərəst deputatın əlində alətə çevrilən bu qurum Azərbaycan əleyhinə müxtəlif qətnamələr qəbul etməklə, işğala, separatizmə, qanunsuz hərəkətlərə dəstək verdiyini sübuta yetirir. Avropa Parlamenti, hələ mart ayında Azərbaycanın Laçın yolunun guya "blokada"da olması kimi iddialarla dolu qətnamə qəbul etməyə hazırlaşırdı. Aydındır ki, layihədə əksini tapan bəndlərin heç biri reallığı əks etdirmirdi və birbaşa Ermənistanla normallaşma prosesinə, Qarabağın erməni icması ilə başladılan müzakirələrə ziyan vurmaqdan başqa məqsəd daşımırdı. Avropa Parlamenti Ermənistan XİN-dən göndərilən layihələri notarius kimi təsdiqləyir. Anti-Azərbaycan fəaliyyəti ilə ölkəmizin ədalətli mövqeyinə təsir göstərməyə, Ermənistanın lehinə güzəştlər əldə etməyə çalışır. Lakin Avropa Parlamenti unudur ki, Azərbaycan bu gün apardığı aktiv xarici siyasətlə Avropanın enerji təhlükəsizliyindəki rolu, qlobal təşəbbüsləri ilə beynəlxalq arenada yüksək nüfuza malikdir. Təəssüf ki, bu qurum Azərbaycanın ərazi bütövlüyünə yanaşmada da ikili standartdan çıxış edir. Belə olmasaydı, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına və bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin düşməsinə, etnik təmizləməyə məruz qalmasına, ərazilərimizin darmadağın edilməsinə göz yummazdı. Avropa Parlamenti postmüharibə dövründə mina çirkləndirməsindən əziyyət çəkən Azərbaycanın haqqını da müdafiə edə bilərdi. Amma bu, Avropa Parlamentinə fayda vermədiyindən Cənubi Qafqazda sivil insanların belə mina terrorundan əziyyət çəkməsinə göz yumur. Avropa Parlamenti korrupsiya cinayətləri ilə də gündəmdədir. AP-nin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır. Parlamentin vitse-spikeri korrupsiyaya görə həbs edilib.
Siyasi şərhçi Turan Rzayev "Sherg.az"a bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnaməsi narahatlıq doğurmamalıdır. Analitikə görə, məsələ ondadır ki, bu qətnamə məsləhət xarakterlidir və heç bir hüququ qüvvəyə malik deyil:
"İstisna deyil ki, Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməni ciddiyə almayacaq. Xüsusilə də, Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və rəsmi Bakıdan qaz idxalından asılılığın azaldılması çağırışının icrası mümkün deyil. Rusiya-Ukrayna müharibəsi davam edir və Avropa ölkələri Moskvadan qaz asılılığına son vermək üçün alternativ ölkələrə üz tutub. Bu ölkələrdən ən etibarlı və sərfəli qiymət təklif edəni isə Azərbaycandır. Qarşıdan qış aylarının da gəldiyini nəzərə alsaq, Avropa ölkələri nəinki Azərbaycandan qaz idxalını dayandıracaq, əksinə, bu sahədə əməkdaşlığı genişləndirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya