Aydın Mirzəzadə: “Prezidentimizin Paşinyanı faktlarla əzib keçməsi tarixə düşəcək bir hadisə idi”
Fidan Həmişəyeva
10:22 18.02.2020
Aktual
453
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanı faktlarla, dəlillərlə əzib keçməsi tarixə düşəcək bir hadisə idi".
Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalından sonra Azərbaycan və Ermənistan liderləri ilk dəfə idi ki, beynəlxalq ictimaiyyət qarşısında öz mövqelərini ortaya qoydular:
"Əvvəlki Ermənistanın rəhbərləri -Koçaryan, Sarkisyan beynəlxalq ictimaiyyətin qınayacağını və ortaya hər hansı bir arqument qoya bilməyəcəyini bildikləri halda görüşdən qaçırdılar. Paşinyana elə gəldi ki, o Yerevandakı tərəfdarlarının iştirak etdiyi mitinqdədir və beynəlxalq ekspertləri asanlıqla aldada biləcək. Amma o anlamadı ki, bu həqiqətlə yalan arasında gedən bir polemikadır. Azərbaycan tarixi həqiqətlərə, beynəxalq hüquqa söykənən, özünün müstəqilliyini və ərazi bütövlüyünü qorumağa haqqı olan bir tərəf kimi çıxış etdi. Paşinyanın səsləndirdiyi fikirləri isə heç kim ciddi qəbul edilmədi. Hətta Ermənistanda bu gün Paşinyan ciddi tənqidlərə məruz qalıb. Amma qeyd edim ki, onu tənqid edənlərin özləri belə Paşinyanın kreslosunda oturub Ermənistanın işğalçılıq siyasətini müdafiə edə bilməyiblər. Bir daha göründü ki, bugünkü dünya işğalı, təcavüzü, yalanı, oğurluğu birmənalı şəkildə istisna edir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, qoşunlarını işğal edilmiş torpaqlardan çıxarmaqdan başqa heç bir yolu yoxdur. Hesab edirəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər, onun polemika aparmaq mədəniyyəti Azərbaycanı dünyanın gözündə bir daha qaldırdı. Azərbaycan bir daha öz hüquqlarını ən yüksək səviyyədə, istənilən müstəvidə, vəziyyətdə qorumağa haqqı çatdığını və bunu etmək əzmində olduğunu ortaya qoydu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət