
Azərbaycan su böhranından “üzü ağ” çıxa biləcəkmi? - AKTUAL
Yusif Nəzərli
18:18 12.04.2023
Aktual
727
Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.
Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Sənədlə Nazirlər Kabineti və bir sıra qurumlara uyğun tapşırıqlar verilib.

Sosioloq Elçin Bayramlı bildirib ki,su qıtlığı, quraqlıq ilə bağlı yaranacaq vəziyyətdən əsas çıxış yollarından biri bu layihə idi:
"Bir çox ölkələr uzun illərdir belə texnologiyanı tətbiq edirlər. Əhalinin, iqtisadiyyatın su təminatını həyata keçirirlər. Bir qədər baha başa gəlir. Lakin dəniz sahilində yerləşən ölkələr üçün ən ideal variantdır. Gec də olsa, işə başlanıldı. Çünki qarşıdan dünya üzrə qlobal quraqlıq, istiləşmə gəlir. Su ehtiyatları azalır.
Çirkab və ya yağış sularının istifadəsinə də diqqət ayırmalıyıq.
Hər halda layihə təqdirəlayiqdir. Yaxşı olardı ki, Xəzərsahili digər regionlarda da bir neçə içməli su istehsalı ilə məşğul olan zavodlar fəaliyyətə başlasın. Beləliklə, çaylarda, yeraltı su mənbələrində təyziq də azalar. Xüsusilə, Bakı, Abşeron zonasında yüksək gərginlik var. Su mənbələrindən böyük həcmdə su tələb edilir. Kür çayının quruyub yoxa çıxması kritik durum yaradır. Oğuz-Qəbələ kəmərindən götürülən su həmin ərazidə ekoloji fəsada yol açır".
E.Bayramlının fikrincə, son dövrlər suyun əldə edilməsi daha ucuz başa gəlir:
"Xəzər dənizindən istifadə məqsədəuyğundur. Alimlər, ekoloqlar dünyaya SOS çağırışlar ünvanlayır. Suya tələbat artmaqla bərabər ehtiyatlar da azalacaq. Təhlükə ilə üzləşə bilərik. Azərbaycan əhali sayına və ərazisinə nisbətdə ən az daxili su ehtiyatı olan ölkədir. 170 ölkə arasında 140-cı yerdəyik. Su ehtiyatları xarici mənbələrdən formalaşır. Qlobal quraqlıq baş versə, xaricdən su ehtiyatı gəlməyəcək. Nəhayət, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihəyə başlanılıbsa, daha da optimallaşdırılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə