Azərbaycan Türk Ocağı Türkiyənin yanındadır
12:39 10.02.2023
Aktual
618
Azərbaycan Türk Ocağı İctimai Birliyinin rəhbər heyəti və üzvləri Türkiyə ilə həmrəylik nümayiş etdirmək, baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini yad etmək üçün Bakıdakı Türkiyə Səfirliyini ziyarət ediblər. Türk Ocağının üzvləri zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə səfirliyin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzüblər, ruhlarına dualar oxuyublar.
Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı və birlyin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalana zəlzələdə həyatını itirmiş şəxslərə görə baş sağlığı verib, yaralılara şəfalar diləyiblər. Akif Aşırlı vurğulayıb ki, Azərbaycan dövləti və xalqı hər zaman bütün imkanları ilə qardaş Türkiyənin yanındadır. Azərbaycan Türk Ocağı da belə acı bir gündə türk xalqının yanındadır, dərdlərinə ortaqdır. Hüseyn Altınalan ziyarətə, maddi-mənəvi dəstəyə görə, Türk Ocağının üzvlərinə təşəkkürünü bildirib. İnsanlar fasiləsiz olaraq səfirlik önünə axın edir, guşə önündə şəhidlərə ehtiramlarını bildirir, qardaş Türkiyənin dərdi ilə dərdlənirlər. Ziyarətə gələn vəfakar azərbaycanlılar arasında azyaşlı bağça uşaqları da var idi. Əllərində Türkiyə və Azərbaycan bayraqları tutmuş balaca ürəklər iki-üç cərgəlik sıra ilə səfirlik önünə addımlamağa tələsirdilər..
Daha sonra Azərbaycan Türk Ocağı İctimai Birliyinin zəlzələdə zərər görmüş, ev-eşiksiz qalmız qardaşlarımız üçün hazırladıqları 7 qutu və bir bağlama yardım toplanma məntəqəsi olan - Heydər Əliyev adına İdman-Konsert Kompleksinə aparılıb. Qutularda zəlzələdən zərər çəkmiş insanlar üçün zəruri ehtiyaclar - qida, qeyri-ərzaq malları, isti qış geyimləri, papaqlar, corablar, əlcəklər, fanarlar və dugər yardımlar olub.
Millət vəkili Qənirə Paşayeva da Azərbaycan Türk Ocağı adından əlavə olaraq qış gödəkçələri və ayaqqabıları yardım toplanan məntəqəyə göndərib.
Qeyd edək ki, Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olub. Qardaş köməyinə çatmaq üçün vətəndaşlar yardım toplama məntəqələrinə axın edirlər. Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır.
Xatırladaq ki, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm