Azərbaycan və Pakistan audit sahəsində əməkdaşlıq sazişi imzalayacaq
Yusif Nəzərli
11:23 08.10.2021
Aktual
315
Auditorlar Palatasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Pakistan-Azərbaycan Ticarət Palatasının rəhbəri Xurram Bati ilə görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.
Məlumata görə, qonaqları salamlayaraq Palatanın sədri Vahid Novruzov iki ölkə arasındakı möhkəm dostluq münasibətlərini qeyd etməklə, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini vurğulamaqla, 44 günlük II Vətən müharibəsində də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında audit və mühasibatlıq sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqların tövsiyələri ilə Azərbaycanın Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında audit və kadr hazırlığı sahəsində qısa vaxt ərzində əməkdaşlığa dair sazişin imzalanması məsələləri nəzərdən keçirilib
Daha sonra V.Novruzov Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illik yubileyinə dair cari ilin sentyabr ayında keçirilmiş beynəlxalq elmi-praktik konfransdan bəhs edərək Prezident İlham Əliyevin müstəqil auditə göstərdiyi diqqət və qayğını vurğulamış, Azərbaycanda həyata keçirilən şəffaf strategiyada müstəqil auditin oynadığı rol barədə qonaqları məlumatlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı