Azərbaycan və Türkiyə Baş prokurorları İstanbuldakı terrorun araşdırılması ilə bağlı fikir mübadiləsi aparıb
Yusif Nəzərli
09:31 14.11.2022
Aktual
445
Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, Baş prokuror Kamran Əliyev noyabrın 13-də İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyənin Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb.
Terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Həmçinin, Kamran Əliyev Bekir Şahin və Şaban Yılmaza zəng edərək törədilmiş cinayətin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət