Azərbaycan XİN: “Bu gün də zəlzələ bölgəsindən vətəndaşlarımız təxliyə ediləcəklər” - YENİLƏNİB + FOTO

“Bu gün də zəlzələ bölgəsindən vətəndaşlarımız təxliyə ediləcəklər”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan Azərbaycan vətəndaşları ilə bağlı hələlik yeni məlumat yoxdur:
“Son məlumata görə, beş vətəndaşımız vəfat edib”.
11:55
“Bu günə qədər 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunublar”.
Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O, təxliyə prosesinin davam etdiyini qeyd edib.