Azərbaycanda futbolçunun qətl törədən atasına hökm oxundu
16:37 29.10.2019
Aktual
478
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 61 yaşlı Zahid Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında baş verib. Həmin binanın arxasında Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün Zahid Novruzov arvadını namus üstündə öldürdüyünü bildirib. O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü də öldürmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub. Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Z.Novruzov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, arvadını öldürmək niyyəti olmadığını deyib: “Həyat yoldaşım namuslu, dindar qadın idi. İistintaqda ondan şübhələndiyimi, qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb". Təqsirləndirilən şəxs arvadını vurduqdan sonra özünü güllələməsini belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".
Mərhumun oğlu Nurlan Novruzov “Səbail”, “Bakı”, “Zirə” kimi klublarının oyunçusu olub. O, Türkiyə klublarında da forma geyinib. N.Novruzov 2014-2015-ci il mövsümündə “Bakı”nın heyətində 15 qol vuraraq Azərbaycan çempionatında bombardiri olub. Hazırda isə Moldovanın “Dinamo-Avto” klubunda karyerasını davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm