Bakı-Tbilisi qatarında klassik plaskart yerlər olmayacaq

Kupe yerlərə bilet qiyməti alınma tarixi, həftəsonu və bayram günlərilə bağlı 81-120 manat arasında dəyişə biləcək

Bakı - Tbilisi qatarına bilet qiymətləri ilə bağlı müxtəlif versiyalar səslənir. Azərbaycan İnternet Forumun Prezidenti, Multimedai Mərkəzinin direktoru Osman Gündüz “Sherg.az”a ADY-nin indiyədək açıqladığı rəsmi məlumatı təqdim etdi: 

- Bakı - Tbilisi qatarındakı yerlərin çeşidilə bağlı ADY-nin indiyədək açıqladığı rəsmi məlumat budur ki, keçmiş vaqonlardakı klassik plaskart yerlər olmayacaq. 2-4 nəfərlik kupe (indiki adı “komfort”) olacaq, qiyməti 81 manatdan başlayacaq. Yəni mövcud təcrübəyə əsaslansaq, düşünmək olar ki, biletin alınma tarixi, həftəsonu və bayram günlərilə bağlı bu qiymətlər 81-120 manat arasında dəyişə biləcək. Əvvəlki 2 nəfərlik “SV” yerlər, indi 2 nəfərlik olmaqla “komfort +” adlanacaq. Hələlik ADY bu yerlərin qiymətlərini açıqlamayıb, qapalıdır. Yeni “lüks” vaqon da əlavə edilib, sanitar qovşaqla təmin edilən 2 nəfərlik bu lüks yerlərin qiyməti də açıqlanmayıb, bu da hələlik qapalıdır.