Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı bəlli oldu - CƏDVƏL

Bakı–Tiflis–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlanıb.

Sherg.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakı-Tiflis qatarına konfort sinfi üçün 81, konfort+ sinif üçün 117, lüks sinif üçün minimal tarif 180 manat olacaq.