Bakıda 5 kilodan artıq narkotik satan şəxs tutuldu
Fidan Həmişəyeva
07:55 24.02.2020
Aktual
474
Nizami rayonunda qara bazarda dəyəri 22000 manatdan çox olan 5 kq-dan artıq tiryək satmaq istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs tutulub.
Belə ki, polisə Pərviz adlı şəxsin Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Bakı şəhər sakini Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən polislər tərəfindən tutulub. Qeyd edək ki, o, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.
Əməliyyat tədbirlərinin davamı olaraq P.Qurbanovun idarə etdiyi “Jeep” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən əlavə 5 kiloqram 46,085 qram tiryək aşkar edilərək götürülüb. P.Qurbanov narkotik vasitəni bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Qeyd edək ki, saxlanılan şəxs tiryəkin hər kiloqramını “qara bazarda” 4500 manata satmaq istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. P.Qurbanov barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya