Bakıda kişi yoxa çıxdı

Bakıda 33 yaşlı kişi itkin düşüb.

Oxu.Az xəbər verir ki, fevralın 12-də paytaxtın Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yaşayan 1987-ci il təvəllüdlü Rüfət Vəliyev evdən gedib və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.