Bakıda saxta içkilər və siqaretlər aşkarlandı
12:33 29.10.2019
Aktual
514
Saxta aksiz markaları ilə markalanmış və aksiz markası olmayan alkoqollu içkilərin və tütün məmulatlarının satış məqsədi ilə saxlanması halları aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin həyata keçirdiyi operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta aksiz şübhəli, 20 ədəd aksiz markalı ilə markalanmamış alkoqollu içki və 978 qutu aksiz markaları ilə markalanmamış tütün məmulatları aşkar olunub. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib. D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyul ayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markaları ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkilər, 18 326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqolli içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan alkoqollu içkilərin nağd qaydada alınması aşkar olunub, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.
Beləliklə, iyul ayında başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev oktyabrın 18-də şübhəli şəxs qismində tutulub, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin oktyabrın 19-dakı qərarı ilə barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və saxta aksizli malların satışı qanunvericiliklə qadağandır. Vergilər Nazirliyi belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm