Bakıya qarşı səssiz tiplomatiya: Peskovun “konstruktiv həll” çağırışı ikili oyunun tərkib hissəsi ola bilər
12:58 07.07.2025
Aktual
492
Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir.
“Moskva Bakı ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qalmaq istəyir və hesab edir ki, bütün fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir. Biz əvvəlki kimi hesab edirik ki, məntiq yalnız bir şeydən danışır: Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq ölkələrdir və belə də qalmalıdırlar. Yaranan problemlər, şübhəsiz ki, konstruktiv şəkildə həll edilməlidir. Bu, bizim ikitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun gəlməlidir”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Kremlin sözçüsü Dmitri Peskovun "Bakı ilə Moskva müttəfiq və tərəfdaş olaraq qalmalıdır" fikri Rusiya tərəfinin yaranan gərginliyi açıq şəkildə etiraf etmədən onu nəzarətdə saxlamağa çalışdığını göstərir:
"Peskov diplomatik ritorikadan istifadə edir, amma son hadisələrlə bağlı konkret mövqe ortaya qoyulmur. Bu isə Kremlin ya real problemləri qəbul etmək istəmədiyini, ya da münasibətləri bir müddət “dondurulmuş dialoq” rejimində saxlayacağını göstərir. Peskovun “konstruktiv həll” çağırışı ikili oyunun tərkib hissəsi ola bilər – yəni həm narazılığı etiraf et, həm də məsuliyyəti qarşı tərəflə paylaş. Rusiya üçün Cənubi Qafqazda nüfuz itkisi ciddi təhlükədir və Azərbaycanla əlaqələrin pozulması bu prosesə təkan verə bilər. Lakin Kremlin davranışı göstərir ki, onlar regiondakı hadisələri təkcə siyasi yox, geosiyasi baxışla qiymətləndirirlər. Ermənistanla münasibətləri yenidən tənzimləyən Moskva Bakıya qarşı səssiz diplomatiya aparır. Son iqtisadi təzyiqlər, logistika problemləri və rəsmi dairələrin səssizliyi münasibətlərin “müttəfiqlik” çərçivəsindən çıxdığını göstərir. Bu nöqtədə rəsmi Moskva həm prosesləri uzadır, həm də münasibətlərin dərinliyini “təhdidli sakitlik” içində saxlayır".
Politoloq qeyd edib ki, Bakının suveren və açıq mövqeyi fonunda Kreml daha çox müdafiədədir:
"Münasibətlər hələlik qırılma nöqtəsinə çatmasa da, qarşılıqlı etimad aşkar şəkildə zəifləyib. Kreml bu susqunluqla həm daxili ictimaiyyəti, həm də region ölkələrini sakitləşdirmək istəyir. Amma Peskovun açıqlamaları konkret deyil, sanki gərginliyin yalnız “formal tərəfdaşlıq” çətiri altında ötüşməsi niyyəti var. Gələcəkdə münasibətlər birgə layihələr deyil, daha çox real maraqların sərhədləri daxilində tənzimlənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub
18:42 19.10.2026
Hadisə
Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi
18:31 19.10.2026
Gündəm
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm