
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Yusif Nəzərli
10:07 19.09.2022
Aktual
563
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov XİN başçısının ABŞ səfərindən “Sherg.az”a danışarkən bildirib ki, Ermənistan-Azərbayacan dövlət sərhəddində baş verən proseslərin və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən zamanı yaşanan gərginliyin fonunda C.Bayramovun ABŞ-yə getməsi çox önəmlidir:
“Çünki hazırda mövcud vəziyyəti BMT tribunasından çatdırmaq lazımdır. Dünya ictimaiyyəti bunu bizim dilimizdən tam ətraflı şəkildə eşitməlidir. Uzun illər ərzində dünya ictimaiyyəti belə başa düşürdü ki, Ermənistan-Azərbaycan münaqişəsində ermənilər məzlumdur, bizsə onları əzirik.
Amma artıq dünya bununla bağlı bir çox həqiqətləri bilir. İndi detallı şəkildə onlara əsl həqiqətləri çatdırmalıyıq. Bundan sonra, bəlkə, bəzi dövlətlər Azərbaycanın nə dərəcə haqlı olduğunu anlayar.
Eyni zamanda indi BMT tribunasından Pelosinin Ermənistana səfəri zamanı ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlara da etirazımızı bildirə bilərik. Belə olduğu halda ABŞ özünü hər nə qədər hegemon dövlət adlandırsa da, digər dünya dövlətləri tərəfindən müəyyən mənada qınanacaq.
Bu da onun özünə çəki-düzən verməsində faydalı olacaq. Düşünürəm ki, C.Bayramovun ABŞ səfəri Azərbaycanın regionla bağlı bir sıra nüanslara diqqət çəkməsi üçün olduqca önəmlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol