Bəhruz Quliyev: “Azərbaycanla-İtaliya arasında münasibətlərin gələcək strategiyası müəyyənləşdi”
Fidan Həmişəyeva
12:51 24.02.2020
Aktual
725
“Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çox əhəmiyyətli və uğurlu oldu. Səfər çərçivəsində imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” və digər istiqamətlər üzrə ikitərəfli sənədlər, Azərbaycanla-İtaliya arasında münasibətlərin gələcək strategiyasını müəyyənləşdirdi”.
Bu sözləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, dövlət səfəri İtaliyanın Azərbaycan, Azərbaycanın isə İtaliya üçün nə qədər önəmli ölkə olduğunu bir daha üzə çıxarmış oldu.
Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu deyən ekspert söyləyib ki, ötən il müddətində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib:
“Azərbaycanla-İtaliya enerji sahəsində də böyük əməkdaşlığa malikdir. Bunu sübut edən amillərdən biri İtaliyada istehlak olunan neftin 17 faizinin, Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşməsidir. Bütün bunlar göstərir ki, İtaliya Azərbaycanı Cənubi Qafqazda ən önəmli dövlət kimi dəyərləndirir”.
B. Quliyev söyləyib ki, iki ölkə arasında imzalanan “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəaların yer alması İtaliyanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olduğunu və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tanıdığını sübut edir:
“Birgə Bəyannamədə Azərbaycan üçün olduqca vacib məqamlar yer alır. Sənəddə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq “Böyük Yeddiliyin”, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkədir. Hesab edirəm ki, belə bir ölkə ilə Birgə Bəyyanəmənin imzalanması və sənəddə iqtisadi, siyasi, hərbi və digər sahələrin əhatə olunması Azərbaycanla-İtaliya arasında strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsinə öz töhfəsini verəcək”.
Analitik əlavə edib ki, Azərbaycanla İtaliya arasında imzalanan mühüm sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya