Belə getsə, yenidən iş yerləri bağlanacaq - "Şərq"in sorğusu acınacaqlı vəziyyəti ortaya çıxardı
Banuçiçək Kalbalıyeva
10:13 02.06.2020
Aktual
1162
Koronavirus artıq yuxularımıza da girir. Bilmirik, nə edək, hara gedək? Robinzon Kruzo kimi kimsəsiz bir adaya çəkilək? Buna da imkanımız yoxdur. Həm də çox qəribə bir düşmənlə üzbəüzük - heç yerdə görünməyən, amma hər yerdə olan. Deyəsən, yeganə çıxış yolu deyilənlərə əməl etməkdir.
Çünki vəziyyət pisləşir. Statistikaya inansaq, yoluxanların, vəfat edənlərin sayı hər gün daha da artır. Bir tərəfdən də, insanda şübhə yaradan məlumatlar yayılır. Vallah, adam lap başını itirir...Soydaşlarımız da fikirləri müxtəlifdir. “Sherg.az” saytı fərqli sahə nümayəndələri ilə həmsöhbət olub:
Şakir Ağayev, “Yeni zaman” qəzetinin baş redaktoru: “Dünən bir işlə bağlı şəhərə getmişdim. Gördüklərim qarşısında sözün əsl mənasında şok oldum. Heç bir faiz əhali tibbi maska taxmır, sosial məsafə saxlamır. Bildiyiniz kimi, dünən Beynəlxalq uşaqlar günü idi. Bütün valideynlər də övladlarının əlindın tutub küçədə gəzdirirdilər. Axı bu, yaxşılıq deyil. Bir hədiyyə ilə uşağı evdə də təbrik etmək olardı. Başa düşürəm, hava vacibdir. Amma bunun üçün avtobusa minib insanların ən çox olduğu yerə-bulvara getməyə ehtiyac yoxdur. Belə getsə, yenidən sərt karantin qaydaları tətbiq ediləcək, iş yerləri bağlanacaq. Əlbəttə, bu, əhaliyə sərf etmir. Elə isə gəlirlərindən məhrum olmamaq naminə qaydalara əməl etməlidirlər. Lap tutaq ki, qayda, qanun yoxdur. Bəs insanın daxili məsuliyyəti? Şəxsən mən hər yerə tibbi maska ilə gedirənm. Burda nə var ki? İntizamlı davranmaqla həm özümü, həm də cəmiyyəti qoruyuram. Hətta əməkdaşların da tədric olunmuş vəziyyətdə işləmələrinə icazə vermişəm. İndi hamı məsələnin ciddiliyini başa düşməli, bir-birinə güzəştə getməlidir”.
Almaz Həsrət, müəllim: “Dövlət bu sınaqdan minimum ziyanla çıxmağımızdan ötrü əlindən gələn hər şeyi edir. Amma nədənsə qayda və tövsiyələrə əməl etməyənlər də var. Şəxsən mən özümü qoruyuram. Gənclərimizin sağlamlığını xüsusi diqqətdə saxlamaq lazımdır. Çünki onlar bizim gələcəyimizdirlər. Mən təklif edirəm ki, bu il hər bir şagird öz oxuduğu məktəbdə imtahan versin. Əks halda onların sağlamlıqları üçün çox ciddi təhlükə yaranacaq”.
Səbuhi Rəhimli, “Qoroskop” jurnalının baş redaktoru, astroloq: “Açığı, mən koronavirusa inanmıram. Məncə, virus yoxdur, karantin var. Ən azından ona görə ki, verilən məlumatlar, deyilənlər tam və dəqiq deyil. Bu, insanda şübhə yaradır. Apreldə verdiyim bir müsahibədə demişdim ki, may ayının sonunda vəziyyət yaxşılaşacaq, iyunun ikinci yarısından etibarən isə əvvəlki həyatımıza qayıdacağıq. Düzdür, sərhədlər bağlı qala bilər. Lakin gündəlik fəaliyyətimizə təsir edəcək bir məhdudiyyət olmayacaq. Pandemiyanın asteroloji əsası yoxdur. Sadəcə onu deyim ki, həmişə müxtəlif xəbərlərlə insanları stress altında saxlamaq istəyirlər. Müxtəlif vaxtlarda dünyanın dağılması, bəşəriyyətin sonu, yerə asteroid düşməsi, su basması kimi xəbərlərin tirajlanması buna nümunədir. Mən ilin əvvəlində bu il kütləvi ölüm hallarının olmayacağını demişdim. İnanaq və ümid edək ki, elə də olacaq”.
Ayan Rzayeva, tələbə: “Çalışıram ki, adam çox olan yerlərə getməyim. Tibbi maska ilə gəzirəm. Bu, özümüzlə yanaşı, əzizlərimizin, yaxınlarımızın sağlamlığı üçün də vacibdir. Nə qədər yaxşı qorunsaq, bir o qədər az olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə