
Boran Əziz: M.Ə.Rəsulzadə ilə bağlı verilən Sərəncam insanların Vətənə bağlılıq ruhunda tərbiyə edilməsi yönündə əhəmiyyətli rol oynayacaq
Yusif Nəzərli
08:39 02.01.2024
Aktual
631
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".
Tarixçi-alim Boran Əziz "Sherg.az"a açıqlamasında deyib ki, 2023-cü il tariximizdə çox əhəmiyyətli hadisələrlə yadda qaldı.
Alim bildirib ki, Laçında bıraxılış məntəqəsinin yaradılması, anti-terror əməliyyatı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi çox önəmli tarixi hadisələr idi:

"Heç şübhəsiz ilin sonunda ən yaddaqalan hadisələrdən biri, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı verilən Sərəncam oldu. Bu Sərəncamı çox yüksək qiymətləndirir və Azərbaycan tarixinin daha yaxşı qavranılması, öyrənilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində irəliyə doğru addım kimi qiymətləndirirəm. Məsələ burasındadır ki, dövlətin gücü ordu, texnika və s. amillərlə bərabər orada yaşayan adamların şüurluluq səviyyəsinin yüksəkliyi ilə də ölçülür. Bu amil dövlətin, ordununun gücünü dəfələrlə artırır. O baxımdan hesab edirik ki, M.Ə.Rəsulzadə haqqında verilən Sərəncam Vətənə bağlılıq, ərazi bütövlüyünə sədaqət ruhunda insanların tərbiyə edilməsi yönündə çox əhəmiyyətli rol oynayacaq. Çünki, Rəsulzadənin həyatı bütövlükdə örnəkdir. Mən ümumiyyətlə Azərbaycan tarixinin təməl konsepsiyalarını M.Ə.Rəsulzadə irsi olmadan təsəvvür edə bilmirəm. Çünki o irsdə bütün yanaşmalara konseptual baxış var. Tariximizin çox əhəmiyyətli məsələlərini işıqlandırarkən ondan bəhrələnməmək mümkünsüzdür. Sərəncam M.Ə.Rəsulzadənin bir tərəfdən əsərlərinin daha yaxşı tədqiq və təbliğ edilməsinə təsir göstərəcək. Digər yandan həm də mübarizlik prinsipinin və əxlaqının formalaşmasına ciddi təsir göstərəcək".
Tarixçi vurğulayıb ki,
M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" əsərini oxuyanadək türk xalqlarının M.Füzuliyə nədən bu qədər bağlı olduğunu, onu çox sevdiyini, milli oyanışda, mili hərəkatda aşıq ədəbiyyatının rolunun nədən ibarət olduğunu anlaya bilməyib:
"Yalnız Rəsulzadəni oxuduqdan sonra bunlar mənə aydın oldu. Onun əsərində eyni zamanda Azərbaycan tarixinin çox ağır, amma şərəfli bir mərhələsi olan milli azadlıq hərəkatı tarixini öyrənmək mümkündür. Rəsulzadənin əsəri olmadan bunu doğru-düzgün aydınlaşdırmaq mümkün deyil. Hesab edirəm ki, ayrı-ayrı qurumlara verilən tapşırıqlar əsasında ciddi, ətraflı planlar hazırlayacaqlar, işlər görüləcək. Buna uyğun olaraq M.Ə.Rəsulzadənin əsərlərinin orta və ali təhsil müəssisələrində öyrənilməsi, eyni zamanda televiziya vasitəsi ilə bu əsərlərin təbliği əhəmiyyətlidir. Çünki M.Ə.Rəsulzadənin bütün həyatı Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş fəaliyyətdir. Bugün Prezidentin də məhz bu istiqamətdə gecə-gündüz çalışması gözümüzün önündədir. Dövlət başçısının bu fəaliyyətini yüksək qiymətləndiririk. Hər bir Azərbaycan vətəndaşı buna qoşulmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual