Bu deputatların mandatları alına bilər – Siyahı
07:12 30.04.2023
Aktual
321
Milli Məclisin iclaslarına qatılmayan deputatlarla bağlı vaxtaşırı mətbuatda müzakirələr gedir. Son vaxtlar müzakirələr yenə gündəm olub.
Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, iclaslara gəlməyən əsas 3 deputat var. Onlardan biri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovdur.
Onun Milli Məclisin plenar iclaslara qatılmadığı üçün İntizam Komissiyası tərəfindən hər hansı formada cəzalandırılacağı bildirilirdi. Bundan başqa, intizamsız davrandığı üçün V.Talıbovun deputat mandatının da əlindən alınacağına dair proqnozlar verilirdi. Bu söhbətlər V.Talıbov Naxçıvan Ali Məclisinin sədrli vəzifəsindən istefa verdikdən sonra intensivləşmişdi.
İkinci deputat keçmiş spiker Oqtay Əsədovdur. O da Milli Məclisin iclaslarına demək olar ki, qatılmır.
Keçmiş spikerin səhhətində yaranan problemə görə iclaslarda iştirak etmədiyi deyilsə də, əslində küskün olduğu üçün belə davrandığı bildirilir. Bəs O.Əsədov nədən, kimdən küsüb? İddialara görə, Oqtay Əsədov 2020-ci ilin parlament seçkilərindən sonra yeni formalaşdırılan Məclisə spiker seçilmədiyi üçün küskündür. Ona görə də acıq edib, MM-in işində iştirak etmir. Təbii ki, bu iddialara ən doğru cavabı o özü verə bilər. Amma sabiq sədr mediaya heç bir açıqlama vermir.
Bəs davamlı olaraq Milli Məclisin plenar iclaslarında iştirak etməyən deputatlarla bağlı qanunvericilikdə tələb nədir?
Qanuna görə deputatın Milli Məclisin plenar, komitə və komissiya iclaslarında iştirakı məcburidir. Buna əməl etməyən MM üzvləri qanunauyğun şəkildə cəzalandırılırlar.
Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm