Bu, Ermənistana zərbə vura biləcək məqamdır - Elçin Xalidbəyli
Yusif Nəzərli
12:55 16.10.2023
Aktual
563
Putin Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla məsələnin “müsbət həlli üçün” bütün imkanları necə məhv etdiyini təfərrüatı ilə izah edərkən Nikol Paşinyanı siyasi cəhətdən məhv etdi.
Bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
“Bəli, Rusiya prezidenti və Qərb liderləri hesab edirlər ki, Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla ölümcül səhvə yol verib. Bir daha təkrar edirəm ki, təkcə Rusiya Federasiyasının prezidenti deyil, başqaları da belə düşünür. Yeganə fərq ondan ibarətdir ki, Qərb dövlətlərinin rəhbərləri bu barədə açıq danışmırlar, pərdə arxasında danışırlar. Üstəlik, mən ABŞ, Fransa və digər Avropa ölkələrinin müxtəlif xadimləri ilə tez-tez ünsiyyətdə oluram. Həmin adamlar Ermənistanı ürəkdən dəstəkləyir, bunun üçün nəsə etməyə çalışırlar, lakin rəsmi İrəvanın qərarlarının onları çətin vəziyyətə saldığını etiraf edirlər. Onlar mənə deyirlər ki, heç nə edə bilməzlər, çünki Ermənistanın baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”, - o əlavə edib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında söyləyib ki, son zamanlar erməni siyasi dairələrindən verilən bütün açıqlamalar birmənalı şəkildə isterik və panik məzmun daşıyır:
"Ermənistandakı siyasi qüvvələr nəyin baş verdiyini tam dəqiqliyi ilə bilirlər və anlayırlar. Ancaq onlar bildiklərini və anladıqlarını qəbul etməkdə çətinlik çəkirlər. Mövcud situasiya ilə heç cür barışa bilmirlər. Bu, Ermənistanın son üç ildə üzləşdiyi biabırçı hərbi-siyasi məğlubiyyətlərə heç vaxt ehtimal verməmələri ilə birbaşa bağlıdır.
Yəni, erməni toplumunda hesab edirdilər ki, Ermənistan məğlubedilməzdir. Bütün dünya da Ermənistanı həmişə dəstəkləyəcək. Nəticədə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərni həmişə öz nəzarəti altında saxlaya biləcək. Ancaq 44 günlük savaşın nəticələri bütün Qafqazda qüvvələr nisbətini ciddi şəkildə dəyişdirdi. Son nəticədə Azərbaycanın Xankəndi şəhərində dövlət bayrağını ucaltması ilə yekunlaşdı. Ermənistan isə beynəlxalq dairələrdən ümid bəslədiyi dəstəyi ala bilmədi.
Ona görə də, Vardan Oskanyan və onun kimi radikallar hazırda yalnız özünü təskinlik üçün belə mənasız
"arqument"lər uydurmağa çalışırlar. Cənubi Qafqazda cərəyan edən bütün proseslər hazırda rəsmi Bakının nəzarəti altındadır. Regional gündəmi indi Azərbaycan dövləti müəyyən edir. Ermənistan isə rəsmi Bakının önə çıxartdığı regional gündəmi icra etmək məcburiyyətindədir. Ona görə də, Ermənistana heç bir xarici himayədar yardım göstərə bilməz. Dünyada hər şey böyük dövlətlərin maraqlarına bağlıdır. Azərbaycanın beynəlxalq əhəmiyyəti isə durmadan artır. Belə situasiyada dünyada heç bir güc mərkəzi Ermənistan naminə öz maraqlarını qurban verməz və Azərbaycan ilə münasibətlərini korlamaz. Hazırda Azərbaycan əleyhinə qərəzli bəyanatlar isə sadəcə formal xarakter daşıyır. Heç bir hüquqi-siyasi qüvvəyə malik deyil".
Ekspert onu da qeyd edib ki, Oskanyanın Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasını həlledici səhv kimi təqdim etməyə çalışması da olduqca məntiqsizdir:
"Çünki Paşinyan hakimiyyəti bu addımı atarkən, ilk növbədə Ermənistanın Qərbdəki himayədarları ilə məsləhətləşmələr aparmış olmalıdır. Əks halda rəsmi İrəvan bu addıma risk etməzdi. Nəzərə almaq lazımdır ki, Ermənistanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını rəsmiləşdirən Praqa Bəyannaməsi ermənipərəst Fransanın Prezidenti Emmanuel Makronun birbaşa iştirakı ilə imzalanıb. Belə olan təqdirdə Vardan Oskanyan hansı Qərb siyasi xadimləri barəsində danışır? Hazırda Ermənistanı ən intensiv şəkildə dəstəkləyən dövlət məhz Fransadır.
Digər tərəfdən, Vardan Oskanyan onu da unudur ki, Qarabağ Azərbaycanın ərazisi olaraq BMT-nin qətnamələrində tanınıb. Rəsmi Bakı məhz həmin qətnamələrə istinad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bütün bunlar onu göstərir ki, erməni siyasi dairələri hələ də beynəlxalq və regional reallıqlarla ayaqlaşa bilmirlər. Bu, indiki halda, yalnız Ermənistana zərbə vura biləcək məqamdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya