Bütün qərarlar xalqın rifahına hesablanıb
Yusif Nəzərli
08:58 25.01.2022
Aktual
796
2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilib. Pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib. Reallıq budur ki, bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Ümumi daxili məhsul 5,6 faiz artıb, qeyri-neft sektoru üzrə artım 7,2 faiz olub.
Ölkənin strateji valyuta ehtiyatları 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib. Buna baxmayaraq, orta illik inflyasiya 6,7 faiz, o cümlədən, ərzaq inflyasiyası 8,1 faiz təşkil edib. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunub. 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Lakin qlobal təhdidlərə rəğmən, bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.
Millət vəkili Cavid Osmanov “Şərq”ə bildirib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb. Deputatın sözlərinə görə, 2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu: “Vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Prezidentin 2021-ci ildə imzaladığı fərman və sərəncamlar bu sahədə də yeni başlanğıcı hesab edilə bilər. Təkcə 2021-ci ilin dekabr ayında imzalanan fərman və sərəncamlar sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı. Minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı.
Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bununla yanaşı 2021-ci ildə təqaüdlərin, pensiyaların, ünvanlı sosial yardımların və digər ödənişlərin artırılması istiqamətində vacib addımlar atıldı. Sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdi. Ümumilikdə son üç ildə pensiyaların minimum məbləğində iki dəfəyə yaxın, orta aylıq məbləğində 60 faiz artım baş verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə