Conson elçisini Azərbaycana göndərdi
08:05 28.10.2019
Aktual
463
Böyük Britaniyanın Baş naziri Boris Consonun Ticarət elçisi Baronesa Nikolson Azərbaycana gəlib. Bu barədə Oxu.Az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Ticarət elçisi Böyük Britaniya ilə Azərbaycan arasında yüksək səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.
Açılış mərasimlərini Böyük Britaniya hökuməti maliyyələşdirir. Tədbirlər Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilir.
Ticarət elçisi Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək.
O, qadınların səlahiyyətləri, məişət zorakılığı və digər gender və uşaqların qorunması mövzularında danışacaq.
Səfərdən öncə Baronessa deyib ki, Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir:
“2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam. İşgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm.
Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm