Çox şükürlər olsun, artıq bölgəyə sülh gəldi
Yusif Nəzərli
21:42 17.10.2023
Aktual
487
Xankəndidə və ətraf bölgələrimizdə milli kadrlarımızın təyinatı ardıcıl şəkildə davam edəcək
“Həqiqətən də 1923-cü ildə yaradılmış keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə strateji vəzifələrdə erməni millətinin nümayəndələri təmsil olunub”
Xəbər verdiyimiz kimi, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib. Ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar Səfərov Prezidentə raport verib. General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib. 1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb. 1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb. “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
Məsələ ondadır ki, 1923-cü ildən, yəni "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradılandan və Xankəndi "Stepanakert" olandan sonra tarixi bölgəmizə rəhbərlik edən şəxslərin 90 faizi ermənilər olublar. Nəhayət, uzun illərdən sonra Xankəndiyə yenidən azərbaycanlı şəxs rəhbər, komendant təyin edilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sh"a açıqlamasında deyib ki, Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olunduqdan sonra həmin yerlərdə dövlətin hüquq strukturlarında milli kadrların yerləşdirilməsi nəzərdə tutulurdu. Ekspert vurğulayıb ki, ötən gün polis general-mayoru Sərdar Səfərovun Xankəndiyə komendant təyin olunması və Ali Baş Komandana raport verməsi qürurverici hadisə idi: "Görünür, daxili işlər naziri Vilayət Eyvazov Sərdar Səfərovu Xankəndiyə komendant təyin edərkən onun əvvəlki təcrübəsini, bacarığını nəzərə alıb və generalın təyinatını məqsədəuyğun hesab edib. Uğurlar arzulayıram! Yəqin ki, milli kadrlarımızın təyinatı ardıcıl şəkildə davam edəcək. Vurğulamaq lazımdır ki, həqiqətən də, 1923-cü ildə yaradılmış keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə strateji vəzifələrdə erməni millətinin nümayəndələri təmsil olunub. Bu, SSRİ dövrünün məqsədyönlü siyasəti idi. O zaman Azərbaycana təsir göstərərək bölgədə strateji vəzifələrə məhz ermənilərin təyin olunması tələb olunurdu. Biz də SSRİ-nin tərkibində olduğumuz üçün mərkəzdən gələn tapşırıqları icra etməyə məcbur idik. Amma artıq müstəqil və suveren dövlətik. Hansı bölgəyə hansı kadrların təyin olunması məsələsini özümüz müəyyənləşdiririk. Cənab general Sərdar Səfərovun da sözügedən vəzifəyə təyinatını uğurlu hesab etmək olar".
Ç.Qənizadə vurğulayıb ki, Prezidentin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə Azərbaycan bayrağını ucaltması çox qürurverici hadisə idi: "Hər birimiz bununla qürurlanırıq. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Allah Ali Baş Komandanımız başda olmaqla müzəffər Ordumuzu qorusun. Çox şükürlər ki, artıq bölgəyə sülh gəldi və torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Əminik ki, Xankəndi və ətraf rayonlarda konstitusion quruluşumuzun tam bərpası bölgəyə sülh, əmin-amanlıq və firavanlıq gətirəcək. Allah dövlətimizi, xalqımızı qorusun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya