“Daha böyük itkilər qabaqdadır"
Yusif Nəzərli
08:18 11.04.2023
Aktual
493
Politoloq: "Rusiya öz suverenliyini də itirə bilər”
"Rusiya-Ukrayna müharibəsi hələ davam edəcək və daha şiddətli xarakter alacaq". Bunu "Şərq"ə açıqlamasında politoloq Azər Niftiyev deyib. Analitik bildirib ki, Rusiya vaxtı ilə Ukrayna və Gürcüstanı işğal edəndə Qərb dairələri, ABŞ, Böyük Britaniya və Avropa ölkələri buna dözüm nümayiş etdirdilər: "Qərb Rusiya ilə bütün körpüləri yandırmaq istəmirdi. Ötən il fevralın 28-də başlayan hərbi əməliyyatlar göstərdi ki, Qərb ölkələri Rusiyanın hərəkətlərinə göz yummaq fikrində deyil. Onlar fərqində idi ki, birbaşa Rusiyanın timsalında və rəhbərliyi altında dünyada anti-Qərb mövqeyi güclənməkdədir. Rusiya işğalçılıq siyasətini heç bir halda dayandırmayacaq. Əgər savaş başlayıbsa, onun nəticəsiz bitəcəyini təsəvvür etmək mümkün deyil. Bir il ərzində Ukraynaya Qərb ölkələri tərəfindən böyük məbləğdə maddi yardım edilib, silah-sursat göndərilib. Rusiyanın bütün resursları tükənmək üzrədir.
Belə şəraitdə Qərbin geri çəkiləcəyini düşünmək sadəlövhlük olardı. O baxımdan Ukrayna rəsmilərinin müharibənin gedişatı barədə iddiaları həqiqəti əks etdirir. Rusiya və Ukraynanın iqlimi kifayət qədər soyuqdur. Havalar isinən kimi şiddətli hərbi əməliyyatların şahidi olacağıq. Birmənalı şəkildə nə Rusiyanın, nə də Ukraynanın qalib gəlmək ehtimalı var. Burada qazanan yeganə tərəf Qərb olacaq və Moskvaya öz diktəsini edəcək. Hətta proseslərin fonunda Rusiya öz suverenliyini də itirə bilər. Daha böyük itkilər qabaqdadır. Zəifləyən və tələyə düşdüyünü anlayan Rusiya yeni münaqişə ocaqları yarada bilər. Bu xüsusda ehtiyatlı olmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya