"Delimitasiya, demarkasiya “xəmiri çox su aparacaq” - AKTUAL ŞƏRH
Yusif Nəzərli
12:42 08.02.2022
Aktual
751
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın öz üzərinə öhdəlik götürməməsinə dair açıqlaması beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir.
“Sher.az”ın məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında belə bildirilib.
Sənəddə qeyd olunub:
-Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun muvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur.
Qeyd edək ki, fevralın 4-də Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan lideri İlham Əliyevin, Fransa rəhbəri Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas mövzulardan biri də məhz humanitar məsələlər olub. Əsr olmuş Azərbaycan vətəndaşlarının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb. Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib.
Azərbaycan regionda sakitçiliyin bərpası üçün addımlar atmağa davam edir. Daim buna hazır olduğunu bildirir. Ermənistan tərəfi isə, hələ də bu addımlara qarşı əsaslı cavab vermir. Hətta verdiyi vədlərdən boyun qaçırır.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini, siyasi şərhçi Teymur Qasımlı izah edib ki, ermənilər tarix boyu bizə qarşı ağır tədbirlər görüblər:
"200 ildir, ermənilər öz xislətlərindən əl çəkmir və əl çəkməyəcək. 1905-1906-cı illərdə qırğınlar oldu. "Difai" partiyasını qurduq. Ermənilərə qarşı tədbirlər gördük. Amma onlar 1918, 1920, 1937, 1948, 1953 illərdə fəlakətlər törətdilər. Sonda da, "Qarabağ" müharibəsi oldu".
O, delimitasiya və demarkasiya ilə bağlı məqamlara toxunub:
"Delimitasiya və demarkasiya məsələlərinin yaxın gələcəkdə həll olunacağına inanmıram. Bu uzun prosesdir. Çünki hər iki tərəfin öz şərtləri var”.
T.Qasımlı prezidentlərin videoformat şəklində görüşündən bəhs edib:
"Soçi görüşündə də bəzi danışıqlar aparılmışdı. Məsələn, "Üç tərəfli" komissiyanın yaradılması və s. Amma heç bir nəticə yoxdur. İndi Ermənistan "Üç tərəfli" komissiyanın bərpası üçün şərt göndərib. Brüssel görüşündə isə, maraqlı məqamlara toxunuldu. Nəqliyyat-kommunikasiya məsələləriylə bağlı razılaşmalar əldə olunub. Videoformatda Makron Brüsseldə əldə edilən razılaşmalardan bəhs edib. Razılaşma oldu ki, Birinci Qarabağ müharibəsindəki əsrlərimizin yerləri bildiriləcək. Biz isə, qarşı tərəfə 8 hərbçi qaytardıq. Abidələrimizə dəymiş ziyanla bağlı araşdırma aparılması öhdəlik kimi guya götürülüb. Ermənilər həmişə söz verir, ancaq ortada heç nə olmur".
Siyasi şərhçi Azərbaycanın müəyyən addımlar atmasının vacibliyindən bəhs edib:
"Biz nə etməliyik? Öncəliklə, "10 noyabr" bəyanatına əsasən sərt şəkildə beynəlxalq hüquq çərçivəsində tədbirlər tələb etməliyik. İkinci, Ermənistan heç nəyə əməl etmirsə, Avropa Şurası, xüsusilə, Fransa qarşısında öhdəlik götürülüb. Onlara bildirməliyik ki, biz onların istədiklərini etdik, Ermənistan isə öhdəliyini yerinə yetirmir. Beynəlxalq hüquqa əsasən hərəkət etməliyik. Diplomatiyamız öz funksiyalarını düzgün şəkildə yerinə yetirməlidir. Qarabağdakı terror aktlarının qarşısını almağa imkan verməzlər. Çünki sülhməramlı faktoru var. Heç olmasa, danışıqlarda konkret sözümüzü deməliyik".
Cəmilə Əzim
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət