Deputat: “Bu, demokratiya tariximizdə yeni keyfiyyət mərhələsinin başlanğıcıdır”
Turan
12:10 14.02.2020
Aktual
983
“Azərbaycanda seçkini müşahidə edən çoxsaylı beynəlxalq və yerli müşahidə missiyaları seçki və onun nəticələrini şübhə altına ala biləcək heç bir fikir səsləndirməyiblər”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Millət vəkili bildirib ki, seçkilərin demokratik keçirilməsi üçün bütün hüquqi və siyasi tələblər yerinə yetirilmişdi:
“Mühüm məsələlərdən biri də seçki marafonu çərçivəsində sərbəst toplaşmaq azadlığının və hər bir namizədin öz seçiciləri ilə sərbəst görüşməsinin təmin olunması idi ki, bunun da şahidi olduq. Düşünürəm ki, bu milli demokratiya tariximizdə yeni bir keyfiyyət mərhələsinin başlanğıcıdır. Əlbəttə, qeyd etmək lazımdır ki, heç bir demokratik cəmiyyətdə ideal seçki keçirmək mümkün deyil. Ayrı-ayrı hallarda seçkinin ümumi nəticəsinə təsir etməyəcək kiçik nöqsanlar olubsa da, bununla bağlı seçki hüququna uyğun olaraq önümüzdəki hüquqi prosedurlar mərhələsində tədbir görüləcəkdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, əgər haradasa qanun pozuntusu varsa, onlarla bağlı da mütləq tədbirlər görülməlidir”.
H.Babaoğlu onu da vurğulayıb ki, əsas məsələlərdən biri də ondan ibarətdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirilməsində bir sıra prosedur iradları qeyd edilsə də nəticənin legitimliyini şübhə altına alacaq heç bir fikir səsləndirilməyib:
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyi əslində seçkinin məhz demokratik, azad və sərbəst şəkildə keçirilməsini qəbul edən bir bəyanatdır. Bundan başqa, çoxsaylı qonşu ölkələrdən gələn müşahidə missiyalarının seçki ilə bağlı müşahidələri də müsbət oldu ki, bu da obyektiv reallığı əks etdirir. Əlbəttə ki, Azərbaycanın hədəfi bundan sonrakı mərhələdə də beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə demokratiya sahəsində əməkdaşlığı və tərəfdaşlığı davam etdirməkdir”.
Millət vəkili bəyan edib ki, parlament seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda ali qanunverici orqan məhz xalqın etimad göstərdiyi namizədlərdən formalaşacaq:
“Ölkəmizdə həyata keçirilən islahatların ruhuna uyğun olaraq ictimai müzakirələrin mərkəzinə çevriləcək. 9 fevral seçkilərində bir sıra mühüm yeniliklər də ictimai yaddaşa yazılmış oldu. Bunlar parlament seçkilərində namizədlərin çoxluğu, o cümlədən ən çox qadınların və gənclərin, eləcə də 19 siyasi partiyanın qeydə alınması idi. Bu, əslində cəmiyyətin siyasi palitrasının bütün təbəqələrinin, seçki prosesində iştirak etməsinin və edə bilməsinin göstəricisi kimi xarakterizə olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm