Deputat: "Bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir"
Ayyət Əhməd
10:02 19.11.2019
Aktual
708
Milli Məclisin bu gün keçirilən iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb.
Sherg.az-ın xəbərinə görə, millət vəkili Siyavuş Novruzov müzakirə zamanıməhkəmələrlə bağlı fikirlərini səsləndirib.
O, qeyd edib ki, müzakirə edilən sənəd kifayət qədər sanballıdır:
"Biz bu məsələni müakirə edərkən ilk növbədə məsələyə konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflərimizi verməliyik. Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq. Uzun müddətdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirilir. Yeni məhkəmə binalarının tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər işlər həyata keçirilir".
Mülkiyyətin müxtəlif formaları, ailə- məişət və digər məsələlərlə əlaqədar məhkəmələrə ciddi sənədlərin daxil olduğunu deyən deputat söyləyib ki, hakimlər onların təhlil edilməsi, sonda obyektiv qərarın çıxarılması üçün bu işlərlə dərindən tanış olmalıdır:
“Bəzi hallarla biz də rastlaşırıq ki, hansısa bir strukturun qanunu pozması nəticəsində məhkəmə elə qərar çıxarmağa məcbur qalır ki, nəticədən narazı qalan tərəflər mütləq olur. Məsələn, əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaq. Elə səbəblər var ki, insanlar zamanında hüquqi addımlar atmır və nəticədə işlər gəlib məhkəməyə çatır. Belə olan halda, müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan bütün bunlarla bağlı qanunda məsələlərə kompleks yanaşmalıyıq. Ümumiyyətlə hesab edirəm ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır. Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir. Həmçinin təklif edirəm ki, məhkəmələr ixtisaslaşdırılmalıdır. Məhkəmələr həm mülki məsələlərə, həm cinayət, həm də uşaq hüquqları ilə məşğul olur. Burada ixtisaslaşmanın müəyyənləşməsi vacib şərtlərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou