
Dərd varsa, dərmanı parlamentdədir
Yusif Nəzərli
22:24 11.04.2023
Aktual
439
Millət vəkilləri özləri dərmanların qiymətini ucuzlaşdıra bilərlər
“Preparatların ölkəyə gətirilməsinə tətbiq olunan ƏDV-ni ləğv etsinlər. Bu, parlamentin səlahiyyətindədir”
Dərman preparatlarının qiymətinin yüksək olması Milli Məclisdə yenə müzakirəyə çıxarılıb. Millət vəkili Vahid Əhmədov dərman vasitələrinin qiymətləri ilə əlaqəli hökumət tərəfindən xüsusi layihə hazırlandığı haqda məlumata sahib olduqlarını xatırladaraq: “Uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir”, söyləyib. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır: “Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

Dərman preparatları ilə bağlı gərginlik niyə aradan qalxmır? İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, dərman bazarıyla bağlı dövlətin 2 ana xətti olmalıdır:
- Birincisi, təhlükəsizlik, ikincisi, bazarda rəqabət mühitinin formalaşmasına şərait yaratmaq. Dərman vasitələrinin qiymətlərinin, həmçinin keyfiyyətinin, əlçatanlığının təmin edilməsi üçün ayrıca sənədə ehtiyac da yoxdur. Bir neçə vacib addımın atılması yetərlidir ki, bu problemlər avtomatik həllini tapsın. Millət vəkilləri özləri bu problemi həll edə bilər. Dərman preparatlarının ölkəyə gətirilməsinə tətbiq olunan ƏDV-ni ləğv etsinlər. Bu, parlamentin səlahiyyətindədir. Dərman preparatlarının idxalına tətbiq eidlən 18 faiz ƏDV ləğv edildikdən sonra dərmanların qiyməti ucuzlaşacaq. Dərmanların qiyməti bu məsələ Tarif Şurasına tapşırıldıqdan sonra baş verdi.
Tarif Şurasının qiymət tənzimləmə mexanizmi yanlışdır. TŞ dərmanların qiymətini molekullara və istehsalçı ölkəyə görə tənzimləyir. Bu isə istehsalçının ucuz və keyfiyyətsiz molekullardan isitfadə etməsini şərtləndirir. Ona görə də dərmanlar keyfiyyətsizdir. Bazarda isə rəqabət mühiti olmadığından qiymət bahalığı baş verir.
Qiymət siyasətində ən vacib tənzimləyici amil rəqabətdir. Tarif Şurasının qiymət tənzimləmə mexanizmi ləğv edilməli, müxtəlif dərman şirkətlərinin bazara daxil olmasına imkan verilməlidir. Xarici ölkələrdə dərman preparatları bizim ölkəyə nisbətən ona görə dəfələrlə ucuz və keyfiyyətlidir ki, orada sağlam rəqabət mühiti var. İstehsalçı bazara yüksək qiymətə dərman çıxara bilməz.
Çünki istehlakçının ondan ucuz, amma keyfiyyət fərqi olmayan dərmanı başqa istehsalçıdan əldə etmək imkanı var. Bizdə dərman preparatlarının qiymətinin yüksək olmasının bir səbəbi də 96 faiz idxaldan asılı olmağımızdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya