Destruktiv qruplar geniş təbliğata başlayıblar
Yusif Nəzərli
07:34 13.04.2023
Aktual
421
Ceyhun Məmmədov: “Azərbaycanda guya, "dindarların" kütləvi həbsi həyata keçirilir”
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Bir müddət əvvəl müvafiq qurumların həyata keçirdiyi əməliyyat zamanı Bakının Binə qəsəbə sakini Əli Behişti də saxlanıldı. Behişti moizələrində hər zaman İranın molla rejimini təbliğ edirmiş. Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son əməliyyatlarda 19 nəfər saxlanılıb. İfşa olunmuş casus şəbəkələrinin üzvlərinin Azərbaycanda iğtişaş törətmək, dövlət çevrilişi həyata keçirmək, konstitusion quruluşu devirmək və şəriət hökmləri ilə "Kərimə dövləti" qurmaq planları üzə çıxıb. Lakin ölkə daxilində və xaricdəki bəzi qərəzli şəxslər İran agentlərinin zərərsizləşdirilməsini "dindarların həbsi", "inanclı insanlara qarşı təzyiq" kimi təqdim etməyə cəhd göstəriblər.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, son günlər Azərbaycanın hüquq-mühafizə orqanları İranla əlaqədə şübhəli bilinən şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Ancaq son proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən destruktiv qruplar geniş təbliğata başlayıblar ki, Azərbaycanda guya, "dindarların" kütləvi həbsi həyata keçirilir. Hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirirlər: "Əlbəttə, burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Bu həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar. Böyük ehtimal ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda da bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada da əsas məqsəd Azərbaycana təzyiqi artırmaq olacaq. Heç şübhəsiz ki, bu addımlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən sırf təhlükəsizlik məqsədilə atılır. Dünyanın müxtəlif bölgələrində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirləri təhlükəsizlik məqsədilə həyata keçirirlər.
Həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə növbəti mərhələdə ictimaiyyətə geniş və ətraflı məlumatın veriləcəyinə heç kimin şübhəsi olmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə