Əgər Ermənistan razılaşarsa, qonşu ölkənin tranzit imkanlarından yararlana bilər
Ən ideal variant…
Ən ideal variant…
Yusif Nəzərli
01:56 11.10.2023
Aktual
340
Sülh müqaviləsinin Gürcüstanda imzalanması baş tuta biləcək məsələdir
Əgər Ermənistan razılaşarsa, qonşu ölkənin tranzit imkanlarından yararlana bilər
Əgər Ermənistan razılaşarsa, qonşu ölkənin tranzit imkanlarından yararlana bilər
"Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi bağlamaq istiqamətində bütün variantları sınaqdan keçirir. Gürcüstan platforması daha real variantlardan biridir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. Professor bildirib ki, Rusiya, Avropa ABŞ uzun müddət ərzində Azərbaycan-Ermənistan münasibətlərini tənzimləmək istəməyib:
"Həmişə bu münaqişəni dondurublar, özlərinin maraqlarına uyğun hərəkət ediblər. Hazırda münaqişə Azərbaycan tərəfindən sona çatdırılıb. Ermənistan da bunu istəyir, amma müəyyən qüvvələr Ermənistan prezidentini sıxışdırırlar. Azərbaycan və Ermənistan sülh müqaviləsi irəli çıxarılırsa, deməli, bu, Bakının əsas məqsədidir. Görüş üçün Tbilisi variantına üstünlük verilməsinin bir neçə əsası var. Bilirsiniz ki, "3+3" formatı var. Yəni 3 müsəlman və 3 xristian dövlətinin bir araya gəlməsi və ortaq platformada məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Həmçinin burada "Qafqaz Evi" məsələsi var. Qafqazda sülh hər üç respublika üçün lazımdır. Digər yandan Gürcüstan-Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır. Bu, Ermənistan üçün də böyük şansdır. Əgər Ermənistan sülh sazişini Gürcüstan üzərindən imzalayarsa, qonşu ölkənin tranzit imkanlarından yararlana bilər. Məncə, bu, baş tuta biləcək məsələdir".
Qeyd edək ki, Prezident İlham Əliyevin Gürcüstan səfərində qonşu ölkənin vasitəçiliyi, Azərbaycan və Ermənistan danışıqları üçün Tbilisinin görüş məkanı olması təklifi də gündəmə gətirilib. Dövlət başçısı bildirib ki, Ermənistandan razılıq olarsa, tərəflər Gürcüstanda ikitərəfli və üçtərəfli görüş keçirə bilərlər: "Fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya