
Ərdoğandan Ermənistana xəbərdarlıq-Ayağını denk al, Paşinyan
Ərdoğandan Ermənistana xəbərdarlıq-Ayağını denk al, Paşinyan
Yusif Nəzərli
11:35 11.11.2022
Aktual
758
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi görüşdə erməni hökumət başçısına çatdırdığı mesajı açıqlayıb.
Dövlət başçısı bu barədə noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməmişdən əvvəl keçirdiyi brifinqdə danışıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm. Ona dedim ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki erməni diasporu fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”, - R.T.Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan hakimiyyəti erməni diasporunun fəaliyyətinə təsir etməlidir: “Biz də dost qazanmağa çalışırıq. Həmçinin Ermənistanın Laçın və Zəngəzurla bağlı atdığı addımlar bizim atacağımız addımlara da müsbət təsir edə bilər".

Ərdoğan çıxışında Ermənistan hərbi - siyasi hakimiyyətinə çox mühüm mesajlar verib.
Ankara bundan əvvəl dəfələrlə bəyan edib ki, Azərbaycan Türkiyə üçün "qırmızı xətt"dir. Deməli, Ermənistan Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək istəyirsə, əvvəlcə, Azərbaycanla münasibətləni normallaşdırmalıdır. Bunun üçün qalib tərəf kimi rəsmi Bakının şərtlərinin yerinə yetirilməsi şərtdir.
Ermənistan üçün Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək çox vacibdir. Xüsusilə, Şərqi Avropada davam edən və Qərblə Rusiya arasındakı rəqabət fonunda Ermənistan dövlətçiliyi sual altındadır. Ankara regionda İrəvanın təhlükəsizliyini təmin edə bilər. Elə buna görə də Paşinyan başa düşür, Türkiyə ilə diplomatik münasibətlərin bərpası həyati əhəmiyyətlidir.
Məlumdur ki, İrəvanın üzərində xeyli kənar təsirlər var. Bunlardan biri də xaricdəki, o cümlədən ABŞ və Fransadakı diaspordur. Onlar Ermənistan hərbi - siyasi hakimiyyətinin qərarlarına təsir etmək gücünə malikdirlər. Bu isə Ermənistanın regional xarici siyasətinə destruktiv təsir göstərir.
Dünən Paşinyan növbəti dəfə sərsəm bəyanatlar verib. Onun sözlərinə görə, rəsmi Bakı İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına mane olur. Bu, olduqca absurddur. Çünki Türkiyənin Ermənistanla bağlı şərti aydındır: Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Belə olan Bakını ittiham etmək sərsəmləməkdən başqa bir şey deyil. Paşinyan məğlub tərəf olduğunu anlamalı və öhdəliklərini unutmamalıdır. Baş nazir onu da bilməlidir ki, Azərbaycan ordusu ona istənilən vaxt reallıqları xatırlada bilər...
Baş nazir Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməli, kommunikasiyaların açılmasına kömək etməlidir. Əks halda biz də adekvat addım ataraq Laçın dəhlizini bağlaya bilərik. Ermənistan bunu unutmamalı, kapitulyasiya sənədinə qol çəkən tərəf kimi danışıqlar masası arxasına oturmalı, revanşist ideyalara qapılmamalı və bizi hərbi gücü işə salmağa vadar etməməlidir. Əks halda itirən İrəvanın özü olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm